BolgeXeber.Com » Şou-Biznes » “Space”in efirində daha bir küçə söhbəti: CIRARAM SƏNİ

“Space”in efirində daha bir küçə söhbəti: CIRARAM SƏNİ

3-07-2015, 17:14
Oxunub: 5 058 “Space”in efirində daha bir küçə söhbəti: CIRARAM SƏNİ “Adə, uşağımın xətrinə dəymə, cıraram səni”

Məlum olduğu kimi, bir neçə gündür “Space” telekanalında yayımlanan “Günaydın” verilişində nalayiq ifadələr işlədilməsi gündəmin mövzusudur. Məsələyə artıq ictimaiyyət nümayəndələri, rəsmi qurumlar, o cümlədən, Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib. Şura sədri Nuşirəvan Məhərrəmli də bildirmişdi ki, “Space”in rəhbərliyi ilə görüşüb, rəhbərlik üzr istəyib, məsələ ilə bağlı ciddi tədbirlər görüləcəyinə söz verib. Lakin sözügedəən verilişin aparıcısı Vüsalə Kərimova ona proqramda baş verənlərlə bağlı heç kimin bir söz demədiyini, irad tutmadığını, əksinə, növbəti mövsümdə yeni verilişlə efirə çıxacağını bildirmişdi.

Biz isə hesab edirik ki, elə bu cür yanaşmaya, yəni, aparıcılara televiziya rəhbərliyinin “gözün üstə qaşın var” deməməsinə görədir ki, efir bu cür hallardan təmizlənmir, hər gün daha bir ədəbsizlik, etikadankənar davranış görürük, nalayiq ifadə eşidirik. Elə götürək, bu gün “Space” kanalında yayımlanan “Əsl şou” verilişində baş verənləri. Verilişin aparıcısı, müğənni Səidə Sultan efirə yaraşmayan ifadə işlədib. Verilişinə qonaq qismində çağırılan müğənni Rəhim Rəhimli sevgilisindən danışan zaman Səidə Sultan ona evlənməyi təklif edib. Hətta Rəhim Rəhimliyə misal olaraq, evlənəmək istəməyən müğənnilərdən biri kimi Niyam Salaminin adını çəkib. Bu zaman Rəhim Rəhimlinin Niyam haqqında dediklərinə müğənni efirə yaraşmayan sözlərlə reaksiya verib: “Adə, uşağımın xətrinə dəymə, cıraram səni”.
BOLGEXEBER.COM “A24.az”-a istinadən verilişdən həmin videogörüntünü təqdim edir: