Səidə Sultan MTRŞ-ni ittiham etdi
9-07-2015, 10:49
Oxunub: 6 731
"Bəs Mətanət, əkiz bacılar?"
Bir neçə gün əvvəl aparıcılıqdan uzaqlaşdırılan müğənni Səidə Sultan İnstaqram hesabında Milli Teleradio Şurasını qınayan status paylaşıb.
O, Şuranı düzgün qərar veməməkdə ittiham edərək yazıb:
"Həyatda haqq deyilən bir söz var. Bəzən rüşvət naminə, işinin naminə haqqı görməyib hərəkət edən insanlar çoxdur. Azərbaycanımızda Televiziya Şurası deyilən bir qurum var, düzgünlükdən danışır. Mənim indi adını çəkdiyim xanımların heç biri ilə qərəzim yoxdu. Mətanət verilişində xalqın hissinə toxunan sözlər dedi, ictimai qınaq oldu. Əkizlər milli pulumuzu cırdı. O da qınaq oldu. Televiziya Şurası niyə xalqa dəstək olub uzaqlaşdırmadı? Niyə?. Mənim səmimilikdən irəli gələrək dediyim söz belə ağır dərd oldu?".
O, jurnalistləri də qınayaraq MTRŞ-dan məsələyə bir də baxılmasını istəyib:
"Sizə məsləhətim var. Gedin dırnaqarası jurnalistləri təmizləyin. İşə götürənlər bir diplomuna, təcrübəsinə, dünyaya sağlam baxışına baxsın. Bir dəfə də oturub bunları təmizləyin. İnsanların fikrini gic-gic fikirlərə yönəldib, pis gələcəyə, sözbazlığa aparan insanlardan təmizləyin! Yoxsa səmimiliklə bambılılığı səhv salmayın. Elə sizin özünüzdə, Televiziya Şurasında böyük dəyişiklik etmək lazımdı. Çox istərdim rəhbərlik buna baxsın. Siz özünüz heç də aydan arı, sudan duru deyilsiz. Camaat çörəyi qulağına yemir. Söhbət o verilişdən getmir. Mən veriliş aparmıram xoruz yox idi? Səhər açılmırdı? Sadəcə belə haqsızlıq olanda göz yuma bilmirəm”.
Xatırladaq ki, S.Sultan "Space" də aparıcı olduğu verilişində müğənni Rəhim Rəhimlinin həmkarı Niyam haqqında dediklərinə “Adə, uşağımın xətrinə dəymə, cıraram səni” cavabı verib. Sosial mediada bu ifadəsinə görə kəskin tənqid olunan müğənni hadisədən sonra rəhbərlik tərəfindən efirdən uzaqlaşdırıb.(axşam.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər