BolgeXeber.Com » Şou-Biznes » "Fəlakət":“Rejissorlar elə bilir ki, mən ancaq komediya janrında olan filmdə rol ala bilərəm"

"Fəlakət":“Rejissorlar elə bilir ki, mən ancaq komediya janrında olan filmdə rol ala bilərəm"

11-08-2015, 12:58
Oxunub: 1 739 "Fəlakət":“Rejissorlar elə bilir ki, mən ancaq komediya janrında olan filmdə rol ala bilərəm"“Başqa filmdə rol almaq təklifi gəlsə...” Aktyor Elşən Orucov yay istirahətindən qayıdıb.

Bolgexeber.com Axşam.az-a istinadən bildirir k, “Bozbash pictures”in Fəlakəti yeni mövsümə necə hazırlaşdıqlarından danışıb:

“15 gün “Bozbash pictures”in kollektivi ilə birlikdə doyunca dincəldim. Yenə istirahətə getmək istəyərdim. Amma çəkilişlər başlayır. Yeni mövsümdə ikinci filmimizi hazırlamalıyıq. Bu dəqiqə əsas hədəfimiz odur. Fərqli bir layihə olacaq. “Bozbash pictures”də də dəyişikliklər planlaşdırırıq. Bu obrazlar qalacaq, onları dəyişə bilmərik. Çünki xalq tərəfindən sevilir. Ona görə bizim bunu yox etməyə haqqımız çatmır. Ola bilsin ki, biz ekran işində ikinci bir obrazı da canlandıraq. Mövsüm finalımız da maraqlı oldu. Bomba partladı, amma biz ölmədik. Həmişə deyirlər ki, “Necə olur ey, bomba partlayır, siz ölmürsünüz”. Şəminin gözəl cavabı var: “Neçə ildi Poladın başına bomba düşür, pulemyot atılır, o sağ qalır. Biz niyə qalmayaq?”. Bu dəfə də maraqlı başlanğıc gözlənilir”.

E.Orucov “Başqa filmdə rol almaq təklifi gəlsə, razılaşarsınız” sualına isə belə cavab verib:

“Rejissorlar elə bilir ki, mən ancaq komediya janrında olan filmdə rol ala bilərəm. İstəyərdim dramatik bir obrazı canlandırım. Əgər güvəndiyim rejissordan, yaradıcı heyətdən təklif gəlsə, razılaşaram. Mənim üçün maliyyə dəyəri önəmli deyil”.
Bolgexeber.com
"Fəlakət":“Rejissorlar elə bilir ki, mən ancaq komediya janrında olan filmdə rol ala bilərəm"