BolgeXeber.Com » Şou-Biznes » İlhamə Elzanı məhkəməyə verdi - yarım milyonluq TƏZMİNAT

İlhamə Elzanı məhkəməyə verdi - yarım milyonluq TƏZMİNAT

14-09-2015, 18:30
Oxunub: 4 149 İlhamə Elzanı məhkəməyə verdi - yarım milyonluq TƏZMİNATXalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanı məhkəməyə verib

Bolgexeber.com bildirir ki, bu barədə ölkə.az-a açıqlamasında sənətkar özü bildirib. İlhamə Quliyeva deyib ki, Seyidcahan onun barəsində təhqiramiz ifadələr işlədib və buna görə qanun qarşısında cavab verməlidir:

"Dələduz Elza yenə də murdar ağzını açıb. Deyəsən, o, bu gün də ayılmayıb. Amma vəkilimlə elə bir yerdə görüşəcək ki, ayılacaq. O, mənim "Şərəf" və "Şöhrət" ordenlərimi şərəfsiz adlandırır. Dünya sülh səfiriyəm, məni təhqir edir. Əgər haqlı olaraq demişəmsə ki, ondan millət vəkili olmaz, məni təhqir etməlidir? O, ruhi xəstədir. Hər kəs bilir ki, yaşım da var, şükür, statusum da yerindədir. Bu başdanxarabın yaşı altmışı keçib, mənimlə yaşıddır, özünü cavan sayır. Ona oğru deyirəm. Bəli, mahnı oğrusudur. Hələ başqa şeyləri demirəm, susuram. Müvafiq yerlərdə vəkilim ona sübut edəcək, şahidlərim də var. Mənim ayaqlarımdan danışır. İnsanın ayağında damarı ağrıyanda, qan təzyiqi qalxanda onun ayaqlarından danışarlar? O çaşıb. Deyir ki, ayağım 43 ölçüdədir. Öz ayaqları 45 ölçüdədir. Mənimsə 38 ölçüdə, brilyant kimi parıldayan ayaqlarım var. Utansın, qızarsın, danışığına fikir versin. Ayağımın çeçələ barmağının bildiyini onun başı bilmir. O, dilini çox işə salıb. Elzaya bir sual vermək istəyirəm. Onun dələduz olduğunu özü də bilir, mən də. Qızıl dükanlarından satmaq adı ilə daş-qaş alır, nə pulunu verir, nə malı qaytarır. Dəfələrlə zəng edib demişəm ki, apar qaytar, adımıza xələl gətirmə.

Siyəzəndən namizədliyini irəli sürür. Bu ha-ha-ha deyə-deyə dahi Mikayıl Müşviqi nə günə qoyub. Hansı üzlə namizədliyini irəli sürəcək? Elzaya beş yüz min manatlıq təzminat davası açmışam. Artıq vəkilim bununla bağlı lazımi işləri görür və məhkəməyə müraciət edilib. Bu günlərdə məhkəmənin nəticəsini görəcək. Sualıma cavab versin. Gedir klinikalara, deyir ki, qadın əməliyyatı elətdirmişəm. Ayaqda damar ağrıya bilər, amma sən hansı əməliyyatları etdirirsən, demək istəmirəm, ayıbdır. Hələ bir özündən danış, ay ağılsız, yazıq, bədbəxt. Mənim ordenlərimə, sülh səfirliyimə şərəfsiz fikirlər söyləyirsən? Şərəfsizlərin şərəfsizisən. Hər kəs bilir ki, İlhamə heç vaxt heç kimin ardınca danışmır, üzünə deyir. Zeynəb Xanlarova mənim dostumdur və bunu hər kəs bilir. Sən kimsən ki, İlhamə oturub səninlə ondan-bundan danışsın? Zeynəb Xanlarova Azərbaycan mədəniyyətinin tacıdır, mənim dostumdur. Bunu hər zaman demişəm və deyirəm də. Kimi görür, deyir ki, İlhamə səndən belə dedi. Yalansa sənin dilin yansın. Bunların hamısını məhkəmədə sənin üzünə şillə kimi vuracaqlar".

Sonda İlhamə Quliyeva Elza Seyidcahanın plagiat mahnısının adını da açıqlayıb:

"Əziz xalq, gedin interneti açın, Zeki Mürenin ifasında "Üzdünüz beni yıllar" mahnısını dinləyin. Həmin mahnını Bülent Ersoy da oxuyub. Bu adam həmin mahnıya millət vəkili Qənirə Paşayevanın "Həsrət" şeirinin sözlərini artıraraq öz adına çıxarıb. Hətta aranjmana da əl vurulmayıb. Ötən il bir sənətçi ona deyib ki, utanmırsan, o boyda sənətkarın mahnısına Qənirə xanımın sözlərini calamısan? Gəlib məhkəmədə o adamın da üzünə duracaq. Deyib ki, sənə qurban, sənə heyran, üstünü vurma da, nə olar? Hər kəs "youtube"u açıb baxsın".