Gənc müğənni Sevinc Musayeva :"Vəzifəli şəxslərlə min hoqqadan çıxırsınız"
18-09-2015, 18:05
Oxunub: 15 111
Gənc müğənni Sevinc Musayeva həmkarlarının ünvanına ağır ifadələr işlədib
O, sənət adamlarını əxlaqsızlıqda ittiham edib.Bolgexeber.com aznews.az-a istinadən xəbər verir ki, bu barədə müğənni özünün Facebook hesabında yazıb. S.Musayevanın sözlərinə görə, sənətçilər 1000 AZN-lik verilişə çıxmaq üçün oteldə pullu oğlanlarla, yad insanlarla, evli, yaşlı kişilərlə vaxt keçirirlər.
Bildirib ki, müğənnilər məşhur olmaq üçün oxumaqdan başqa hər şey edirlər: "Sənət adamları məşhur olmaq üçün üzdəniraq prodüserlərə yaltaqlanıb, onların yanında fırlanırlar. Qondarma iş adamları ilə, restoran müdirləri ilə, ofisi olan vəzifəli şəxslərlə min hoqqadan çıxırsınız. Nəyə görə? Bircə məşhur olmağa görə. Allah sizə gözəllik verib ki, o gözəlliyinizi naməhrəm, haram əllərdə istifadə edəsiniz? Doğrudan da, bədbəxt və aciz adamlarsınız. Özünüzə hörmət edin. Məşhur olmaq, gündəmə gəlmək, bahalı maşın idarə etmək toy qiymətlərini qaldırmaq üçün bu qədər günah işləməyə dəyməz. Nə qədər gözünüz çirkinlik görəcək, bir o qədər də yaşınızdan böyük görünəcəksiniz. Özünüzə yazığınız gəlsin".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər