BolgeXeber.Com » Şou-Biznes » Müğənnilər arasında yeni "komanda"

Müğənnilər arasında yeni "komanda"

8-03-2012, 16:05
Oxunub: 4 711 Bir vaxtlar Röya ilə eyni cəbhədə çalışan, daha sonra elə Röyanın xeyir-duası ilə Aygün Kazımovanın cəbhəsinə keçən Tolik bunu yerli telekanalların birində az da olsa açıb-ağartdı. Bolgexeber.com xəbər verir ki, qısa müddət ərzində dünyada nömrə bir olacağını özünə və tamaşaçılara vəd edən Sevda ilə Röya arasından “qara pişiyin” keçdiyi də sirr deyil. Sakit Sevda çıxışlarının birində bildirib ki, “bəzi-bəzi müğənnilər onun adını konsert siyahılarından çıxardır, sonra da üzünə gülür”. Amma müğənni ad çəkməyib.

Bu açıqlamaların ardından isə Sevdanın dəstəkçisi kimi Aygün Kazımova görünməyə başlayıb. O, Sevdaya dəstək olan, konsertində ön sıralarda əyləşən müğənnilərdən biri, bəlkə də birincisidir...

8 Mart Beynəlxalq Qadınlar gününün ilk saatlarında restoranların birində qol-boyun şəkil çəkdirən bu iki xanım arasında səmimi münasibətlər heç də nəzərdən qaçmır.

Görəsən, Aygün Kazımova və Sevda arasında səmimi münasibətlər Röyaya qarşı qruplaşma deyil ki?

Qeyd edək ki, müğənnilərin mehriban poz verdikləri fotoşəkil bayramın ilk saatların prodüser Tolik tərəfindən çəkilib və sosial şəbəkələrin birinə yerləşdirilib.