Azərbaycanlı müğənnidən əri ilə bağlı ŞOK ETİRAF
28-10-2015, 17:28
Oxunub: 5 244
Müğənni Nazənin həyat yoldaşı ilə bağlı inanılmaz faktlar açıqlayıb
Bolgexeber.com publika.az-a istinadən xəbər verir ki, sənətçi "Space"in efirində həyat yoldaşının ona dəfələrlə xəyanət etdiyini və bunu heç vaxt unutmayacağını deyib:
"14 ildir ki, məni sevir. 8 il onu ürəyimdə sevmişəm, özünə deməmişəm. O da məni uzaqdan-uzağa sevib. Acıq vermək üçün tanıdığım sənət adamları ilə mənə xəyanət edib. Buna görə də məcbur olub, onunla evləndim. Çünki onu sevirdim. Evlənəndən sonra da mənə dəfələrlə xəyanət edib. Bir dəfə onunla Rusiyaya sanatoriyaya getmişdik. Moskvada olanda Bakı nömrələrimizi bağladıq, başqa telefonlar işlətdik. Bir gün Bakı nömrəsini açanda çoxlu mesajlar gördüm. O qadın nömrənin açıq olduğunu görüb zəng elədi, telefona mən cavab verdim. Mənə "bacı" deyən o qadın, elə bildim, utanacaq. Əksinə, dedi ki, ver telefonu ona. Bir dəfə də başqa bir tanıdığım, mənə "bacı" deyən başqa bir qadın ona zəng edəndə telefona mən cavab verdim. Utandığından dedi ki, ərin mənə zəng edib. Bir də zəng eləsə, onu polisə verəcəm. O qadın gözümdə ucaldı, ona görə ki, mənim səsimi eşidib utanmışdı. Amma o birisi sənətçi qadın, əksinə, mənə demişdi ki, ver telefonu ona. Bu xəyanətlər sevgimi nifrətə çevirirdi".
Bütün bunlara baxmayaraq, ərini sevdiyini də etiraf edib: "Uşağımın atasıdır, həyat yoldaşımdır, onu yenə də sevirəm. Amma ürəyimi çox sındırıb, bunları heç vaxt unutmayacam. Hərdən məndən soruşur ki, etdiklərimə görə məni bağışlamağın üçün neyləyim?"
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər