Rəqsanə eks-sevgilisinin məhkəməsindən danışdı — “Mən ailəli adamam…”
7-11-2015, 11:54
Oxunub: 6 758
Mətbuatda “Azərbaycanlı müğənninin keçmiş sevgilisinin məhkəməsi başlayıb” başlıqla yayımlanan xəbər müğənni Rəqsanə İsmayılovanı özündən çıxarıb
İfaçının mətbuat katibi açıqlama verərək sənətçinin məsələyə münasibətini bölüşüb.
R.İsmayılovanın sözlərini olduğu kimi təqdim edirik:
“Mənim mətbuat nümayəndələrinin hər birinə ayrı-ayrılıqda hörmətim var. Bu gün bu məlumatı eşitdim və çox pis oldum. Bundan sonra bu insanların adının yanında kim mənim adımı hallandırsa, yaxud da mətbuatda mənimlə bağlı açıqlama yaysanız, mən həmin insanları məhkəməyə verəcəyəm. İkincisi də, o insan heç mənim sevgilim olmayıb.
Azayev qardaşlarından mənimlə davası olan insanın yox o biri qardaşın məhkəməsidir. Xahiş edirəm, bunu qarışdırmayın. Bunun mənə aidiyyatı yoxdur. Adımı onların adının yanında hallandırmayın. Mən ailəli adamam. Burada söhbət elə bir maddiyyatdan gedir ki, heç o yerdə adımın hallanmasını mən özümə yaraşdırmıram. Bu gündən sonra mənim adım Azayev qardaşları ilə hallansa, məhkəməyə müraciət edəcəyəm”.
Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.
Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, mətbuatda Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb. Bir müddət əvvəl isə o, müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası qaldırıb. (axşam.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər