İlhamə Quliyevanın yalanının üstü açıldı
11-11-2015, 10:57
Oxunub: 1 735
Emel Sayın Azərbaycana 1970-ci illərdə gəlib və Bakıda 21 konsert proqramı ilə çıxış edib
Modern.az saytının “Bakının məşhur qonaqları” rubrikasında Türkiyənin tanınmış sənətçisi Emel Sayının Azərbaycana gəlməsi haqqındakı yazıda xalq artisti İlhamə Quliyevanın da fikirlərini öyrənmişdik.
O, müğənninin Bakıdakı konsertindən danışarkən onu da bildirmişdi ki, Emel Sayın onların ailəsinin də qonağı olub və anası Tükəzban xanım ona milli xörəklərimizi hazırlayıb
Lakin İlhamə Quliyevanın bu fikirləri birmənalı qarşılanmayıb.
İctimai xadim, Sara Qədimova irsinin araşdırıcısı Çingiz Fərəcov modern.az-a açıqlamasında bu faktın yalan olduğunu bildirib.
O qeyd edib ki, Emel Sayın o zamankı Lenin adına Sarayda konsert verərkən ilk sırada Zeynəb Xanlarova, Sara Qədimova, Şövkət Ələkbərova oturub və onların adları çəkilərkən hər 3 sənətkar müğənniyə gül dəstəsi verib və onunla birlikdə şəkil çəkdiriblər:
“Amma o zaman İlhamə Quliyevanın Emel Sayına yaxın gəldiyini görmədim. Gərək düzgün məlumat versinlər. Tükəzban xanım Emel Sayınla birlikdə olubsa, bir şəklini versin. Onda hər şey aydın olacaq.
İlhamə Quliyevanın və Tükəzban xanımın əleyhinə bir söz demirəm, amma Emelin onların evlərinə getmçəsinə heç cür inan bilmirəm. Yadımdadır ki, Zeynəb Xanlarova Emel Sayını qonaq çağırmaq istəyirdi.
Dövlət Təhlükəsizlik Komitəsi o vaxtı icazə vermirdi, amma Emel Sayının onlara gedib-getmədiyini bilmirəm. Sara xanım da onu qonaq çağırmaq istəyirdi, mənə dedi ki, ona çox icazə vermirlər”.
Emel Sayın Azərbaycana 1970-ci illərdə gəlib və Bakıda 21 konsert proqramı ilə çıxış edib.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm