Mikayılın yeni- “Məhəbbət əhvalatları” verilişindən MTRŞ-ə şikayət
3-12-2015, 17:30
Oxunub: 5 426
“Verilişdəki sünilik, bayağılıq...”
Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılandan sonra Şura verilişlərin məzmunu ilə bağlı narahatlığını dəfələrlə dilə gətirmişdi. Eyni zamanda, kanallara verilişlərin məzmununa diqqət etmələri tövsiyə edilmişdi. Bu aspektdən yanaşanda hazırda bir çox verilişlərin məzmununda müəyyən qədər bayağılıq qalmaqdadır.
Bolgexeber.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, “Space” televiziyasında yayımlanan, aparıcılığını Mikayıl Güləddinoğlunun etdiyi “Məhəbbət əhvalatları” verilişində də bayağılıq müşahidə olunur:
“Bu verilişlə bağlı Şuranın “Qaynar xətt”inə şikayətlər daxil olur. “Məhəbbət əhvalatları” verilişinin formatında bir balaca dəyişiklik olsa yaxşıdır. Hazırda konkret qanun pozuntusu olmadığına görə biz verilişə müdaxilə etmirik. Amma verilişin aparıcısını, ümumiyyətlə verilişin formatında müəyyən qədər dəyişiklik edilməsi ilə bağlı öz tövsiyələrimizi vermişik. Verilişdəki sünilik, bayağılıq müəyyən dərəcədə aradan qaldırılsa yaxşı olar”.
Şöbə müdiri qeyd edib ki, “Space” telekanalının təmsilçiləri bu haqda məlumatlandırılıb:
“Kanalın təmsilçiləri bizim tövsiyələri nəzərə alacaqlarına söz veriblər. Biz də hələki gözləmə mövqeyindəyik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər