BolgeXeber.Com » Şou-Biznes » "Kurtlar Vadisi"nin qəhrəmanı Aynişan Quliyevanı seçdi

"Kurtlar Vadisi"nin qəhrəmanı Aynişan Quliyevanı seçdi

16-04-2012, 12:10
Oxunub: 5 761 Gənc müğənni Aynişan Quliyeva səhnə imkanlarını yeni çəkilməyə başladığı «Cavanlıq» serialında sınayır.

Onun serialda iştirakı təsadüfi deyil. Aynişan Milli.Az-a bildirdi ki, serialın rejissoru, «Kurtlar Vadisi»ndən tanıdığımız Osman Albayrak sınaq zamanı onun aktyorluğunu bəyənib və film üçün uyğun obraz olduğu qənaətinə gəlib.

«Osman bəy məni bu film üçün seçdi və komandadan dəvət aldım. Çəkilişlər davam edir. Müğənninin bu prizmadan görünə bilməyi tamaşaçı üçün maraqlı olar», - deyən Aynişan müğənninin seriala reytinq qazandırmaq üçün dəvət olunması deyimi ilə razılaşmır. Onun fikrincə, əgər serial tamaşaçıda diqqət yarada bilmirsə, oyunçunun məşhurluğu burada reytinq həddini yarada bilməz.

Şansı gətirsə, özünü aktrisa kimi görmək istəyən Aynişan hər bir vəziyyətdə müğənni kimi sənət yoluna davam edəcəyini xüsusi vurğuladı. Söhbətinə isə müğənni kimi yox, aktrisa olaraq davam etdi.

«Filmləri xüsusi maraqla izləyirəm. Ən çox sevdiyim filmlər "Alatoranlıq" və Robert Pattinsonun "Məni xatırla" ("Remember me") lentləridir. R.Pattinsonla Cud Lou ən çox sevdiyim xarici aktyorlardır. Fəxrəddin Manafov isə Azərbaycan kino tarixində oyununu sevə-sevə izlədiyim aktyorlardandır», - deyən Aynişan əlavə edir ki, onun hələ ki, kiçikdən başlayan film həyatı özlüyündə maraqlıdır:

«Əslində, məni başqa rola dəvət etmişdilər. Sonra kənd qızı obrazını həvalə etdilər. Heyət belə daha maraqlı ola biləcəyini düşündü. Rolumdan razıyam. Çünki başqa bir insanın obrazındayam. Aktyorluğum olsa da, bizi bu sahədə peşəkar səviyyədə hazırlayan Zaur Şəfiyev adlı müəllimimiz var. Ümumiyyətlə, heyət özü peşəkardır və bu işimi sənət fəaliyyətimdə bir məktəb olaraq görürəm».

Aynişan aktyor kimi rolunu bu serialda məhdudlaşdırmaq niyyətində deyil. Film qəhrəmanı kimi şansı gətirsə, o, sadə, sevilən bir qızın obrazında özünü görür.