BolgeXeber.Com » Şou-Biznes » “Miss Kainat-2015” öz tacını vaxtında ala bilmədi – FOTO ,VİDEO

“Miss Kainat-2015” öz tacını vaxtında ala bilmədi – FOTO ,VİDEO

22-12-2015, 09:33
Oxunub: 7 848 “Miss Kainat-2015” öz tacını vaxtında ala bilmədi – FOTO ,VİDEOTac üstündə qalmaqal yaşandı

ABŞ-ın Las-Veqas ştatında keçirilən MİSS Kainat yarışmasının qalibi Filippinli Pia Alonso Vurtzbac olub.Yarışma zamanı həyəcanlı anlar yaşanıb. Gecənin aparıcısı Stiv Harbey etdiyi səhv anonsla şouya bir damğa vurub.

Əvvəlcə aparıcı Kainat gözəlinin kolumbiyalı Ariadna Gutierrez-Arvalo olduğunu anons edib. Ariadna birinciliyinin sevincini qısa bir müddətdə yaşayıb. Onun başına tac taxılıb və o, tamaşaçıları salamlayıb. Bundan sonra müsabiqənin aparıcısı səhvə yol verdiyini və Kainat gözəlinin əslində filippinli Pia Alonso Vurtzbac olduğunu bildirib.

“Miss Kainat-2015” öz tacını vaxtında ala bilmədi – FOTO ,VİDEO

Stiv Harbey - yarışmanın aparıcısı

"Bu, tamamilə mənim səhvimdir. Sizə kartı da göstərə bilərəm. Ariadna Gutierrez-Arvalo yarışmanın ikincisidir, səhv anons etdim, üzr istəyirəm", - deyə Stiv Harvey vurğulayıb.

Yarışmadan görüntülər

“Miss Kainat-2015” öz tacını vaxtında ala bilmədi – FOTO ,VİDEO

Filipinli gözəl Pia Alonzo Vurtzbac birinci olduğunu öyrəndikdə qısa müddətli çaşqınlıq yaşayıb. Daha sonra kolumbiyalı iştirakçının başındakı tac alınaraq, filipinli gözəlin başına qoyulub.

Baş verənlər qarşısında xəyal qırıqlığına uğrayan Ariadna Gutierrez-Arvalo göz yaşlarını saxlaya bilməyib. Kolumbiyalı gözələ yoldaşları təsəlli verib.

Yarışda üçüncü yerini isə amerikalı Olivia Jordan haqq edib.