"Vəziyyətimiz pisdir, toy yoxdur" - müğənnilər şikayət etdilər
14-01-2016, 16:02
Oxunub: 9 002
Azərbaycanda müğənnilərin əsas gəlir mənbəyi toylardandır. Ölkədə yaşanan maddi böhran toy biznesinə də təsir edib, toy, xınayaxdı edən insanların sayı azalıb
Eyni zamanda restoranlarda keçirilən şou proqramlara da maraq yox dərəcəsindədir. Hətta müğənnilər bildirirlər ki, bu müddət ərzində dəvət olunduqları toyların əksəriyyəti təxirə salınıb. Mərasim sahibləri böhrana görə ya toy etmək fikrindən daşınıblar, ya müğənninin toyda iştirakından imtina ediblər. Bəs toylardan qazanc əldə edən müğənnilərin hazırda vəziyyəti necədir?
Axşam.az xəbər verir ki, Musavat.com müğənnilər arasında sorğu keçirib. Toy biznesinin zəifləməsinin onlara etdiyi təsiri öyrənib:
Müğənni Nadir Qafarzadə yanvar ayında toya dəvət almadığını bildirib:
“Moskvadayam, ailəmlə istirahət edirəm. Toy, şou proqramlar yox dərəcəsindədir. Əvvəllər ayda ən az 2-3 toy olurdusa da, indi biri də yoxdur. Yanvar ayında toya dəvət almamışam”.
Müğənni Ayan Babakişiyeva da toysuz qalan sənətçilərdəndir:
“Hamıda olduğu kimi müğənnilərdə də vəziyyət yaxşı deyil. Maddi problemlər var. Mənim əvvəllər də toyum az idi. İndi ümumiyyətlə toy və tədbirlərə dəvət almıram”.
Müğənni Aslan Hüseynov müğənnilərin maddi durumunun pis olmasından gileylənib:
“Vəziyyətimiz pisdir, toy, mərasim yoxdur. Dekabr ayında bir toyum var idi, müğənnilər eşidəndə dedilər ki, “sağ əlini başımıza qoy”. Toy edən yoxdur. Hətta restoranların çoxu bağlanmaq ərəfəsindədir. Restoran rəhbəri olan dostlarım bildirirlər ki, camaat toy etmir, şou proqramlara gəlmirlər. Ona görə də məkanlarını bağlamaq məcburiyyətindədirlər”.
Müğənni Sevda Sanaliyeva şou proqramların sayının kəskin azaldığını dilə gətirib:
“Müğənninin gəlir yeri toydur, şou proqramdır. Mən bir neçə restoranda səhnəyə çıxırdım. İndi isə proqramların sayı azalıb. Şou proqrama gələn yoxdur. Camaatı qınamaq olmaz. İş-güc yoxdur, böhrandır. İnsanlar ailə dolandırmaq dərdindədirlər. Çoxlarının əyləncəyə pul ayırmağa imkanı yoxdur”.
Müğənni Manaf Ağayev el şənliklərinə dəvət olunmadığını bildirib:
“Böhran hamı kimi biz müğənnilərə də, toy biznesinə də təsir edib. Toy və mərasimlərə dəvətlərin sayı azalıb. Bu ay 1-2 toya çağırıblar. Demək olar ki, toy yoxdur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər