“Dollar qalxdı, ya düşdü, bizim nə borcumuza?..” - Elnarə Abdullayeva
18-01-2016, 10:34
Oxunub: 5 752
Əməkdar artist Elnarə Abdullayeva ölkədə yaşanan böhranın ona heç bir təsir etmədiyini deyib
Bolgexeber.com xəbər verir ki, bu barədə xanəndə musavat.com-a açıqlama verərkən deyib. O, ölkədəki bahalaşmadan da xəbərsiz olduğunu bildirib:
"Böhrandır, ya böhran deyil, mən belə şeyi bilmirəm ki. Mən nə bilim dollar qalxdı, ya düşdü? Bizim nə borcumuza. Bir-iki manat pulumuz var, toya gedəndə alıb yeyirik, vəssalam.
Bahalaşmaya gəldikdə isə, 1-2 aydır bazara getmirəm deyə heç nədən xəbərim yoxdur. Ola bilsin ki, ölkədə nəsə gedir, lakin başım ağrıdığı üçün onu mənə demirlər. Dünyadan nə baş verir xəbərim yoxdur. Əsas odur ki, can sağlığı olsun".
Əməkdar artist devalvasiyanın nə demək olduğunu bilmədiyini etiraf edib:
"Devalvasiya deyirsiz, nə deyirsiz bunları bilmirəm. Mənimki odur ki, kənddən, toyuq-cücədən sual verilsin cavab verim. Bir tikə çörəyimizi qazanırıq, qalan şeyləri bilmirəm".
Elnarə Abdullayeva həmkarlarından fərqli olaraq toysuz qalmadığını deyib:
"Toy sıfarişləri alıram, Allah camaatımıza dəyməsin.
Biz çətinliyə öyrəşən adamıq. Mənim üçün nə fərqi var, az oldu, ya çox oldu. Az olanda qaloş, çox olanda yaxşı ayaqqabı geyinəcəm. Mənim şüarım belədir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər