Zaur Baxşəliyev toyunun vaxtını açıqladı
5-05-2012, 10:55
Oxunub: 8 939
Məşhur teleaparıcıdan səmimi etiraf: “İnşallah, sentyabrda evlənirəm”.
Milli.Az-ın əməkdaşı ilə söhbəti zamanı ATV telekanalının tanınmış simalarından biri Zaur Baxşəliyev tamaşaçıların səbrsizliklə gözlədiyi toy günü haqqında danışdı: “Nişanlım və həmkarım Günay Qələndərli ilə nə vaxt evlənəcəyimiz ən aktual suallardan olsa da, nəhayət ki, bu xoş günün olacağı vaxtı açıqlamağa qərara gəldim. Çoxlarına məlumdur ki, ötən il avqustda nə qədər çətin olsa da, atamın dünyadan köçməsi ilə barışmalı oldum. Amma həyat davam edir. Böyüklərimizin məsləhəti ilə inşallah, atamın vəfatının ildönümündən sonra, yəni sentyabr ayında subaylığın daşını atacağıq. Allah-Təaladan bütün subaylara xoşbəxtliyimizdən pay düşməsini arzulayıram”, - Baxşəliyev belə dedi.
Teleaparıcı ən özəl günlərində jurnalistlərin iştirak edib-etməyəcəyi haqda ünvanladığımız sualı cavabsız qoydu. Görünür, dəqiq gün seçmədikləri üçün, o, seçim etməkdə tələsmir.
Cütlüyə xoşbəxtlik arzulayırıq.
Allah xoşbəxt eləsin!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər