"Oğlum kişidir, 1000 dənə qızla gəzib" - Nazənin oğlundan danışdı
10-02-2016, 15:41
Oxunub: 6 585
Müğənni Nazənin nəvəsini qəbul etmir
Bu barədə BiG.AZ saytı məlumat yayıb. Məlumata görə, müğənninin oğlu Fəxri Salayevin nigahdankənar qızı dünyaya gəlib. Lakin müğənni Nazənin Salayeva nəvəsi Aylini qəbul etmir.
Nazənin Aylinin anasının yüngül əxlaqlı olduğunu deyib:
“O qız mənim oğlumdan 9-10 yaş böyükdür. Hamilə olduğunu da bizdən gizlədib. Deyirdi ki, mənim daydayım var. Uşaq da onundur. Sonradan dedi ki, uşağın atası oğlumdur. Mənim oğlum kişidir. 1000 dənə qızla gəzib. Bu da min birinci. Eləcə də, o. Heç o da bakirə olmayıb. Min kişi ilə gəzib. Oğlum da min birinci olub. Onun qız övladı var. Ona görə də çox şey demək istəmirəm. Onun məqsədi ayrı şey idi. O, bizim var-dövlətimizi ələ keçirmək istəyirdi. Amma mən razı olmaram ki, elə bir qadın gəlib mənim evimdə gəlin olsun”.
Müğənni onu da bildirib ki, problem varsa, bu, hüquqi yolla həllini tapmalıdır:
“Mən məsələni qanuni yolla həll etdim. DNK analizi etdirdim. Həqiqətən də, dünyaya gələn uşağın atası mənim oğlumdur. Oğlum uşağa soyadını da verdi. Hər ay aliment ödəyirik. Bayramlarda onu da hədiyyəsiz qoymur. Bundan başqa nə etməliyik ki? Mənim oğlum hazırda ailəlidir və övladı var”.
Müğənni bu cür söhbətlərin gündəmə gəlməsində düşmənlərini ittiham etdi:
“Mən bilirəm bu xəbərləri kim yayır. Onlar mənim düşmənlərimdir. Amma onlar belə şeylərlə məni nüfuzdan sala bilməyəcəklər!”
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər