BolgeXeber.Com » Şou-Biznes » Natavandan Röyanın "çuşka" sözünə cavab: "Biz indi də ona elə deyirik" VİDEO

Natavandan Röyanın "çuşka" sözünə cavab: "Biz indi də ona elə deyirik" VİDEO

20-02-2016, 18:07
Oxunub: 4 538 Natavandan Röyanın "çuşka" sözünə cavab: "Biz indi də ona elə deyirik" VİDEOMüğənni Natavan Həbibi əməkdar artist Röya Ayxanın "Elnarəylə Natavan mənə deyirdilər, "çuşkasan" sözlərinə münasibət bildirib

Axşam.az-ın məlumatına görə, ifaçı "5/5" verilişində aparıcı Zaur Kamalın "O vaxtlar kimə çuşka deyirdiniz" sualına belə cavab verib:

"Elə indi də ona elə deyirik. Əslində məntiqi başa düşmədim. Demişiksə də, əcəb etmişik. Bizim aramızda o qədər zarafatlarımız olub ki, hamısını açıqlasaq... Həmişə hamı yüksəkdə olsun. Biz bir-birimiz üçün ulduz ola bilmərik, bir yerdə böyüyən uşaqlarıq. Hamımız bir-brizmizə çox şeylər deyirdik. Ona isə lap çox söz deyirdik. İndi bir-birimizi görmürük, hərənin öz işi, öz ətrafı var".

Qeyd edək ki, R.Ayxan müğənni Elnarə Xəlilova və Natavan Həbibi ilə bağlı bunları deyib:

“W-trio” vaxtı qızlar mənə lağ edirdilər. İngilis dilini bilmirdim. Deyirdilər “çuşka”san, pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Çünki həmişə evə pul aparmağa çalışırdım. İndi inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay…(gülür). İngilis dilini bilməklə deyil ki… Bir dəfə qızlar siqaret çəkməyimi Vaqif Gərayzadəyə satdılar. Sevgilim də var idi… Kişi məni çox danladı. Məni satmalarına pis oldum. Guya mən siqaret çəkməklə onlara ləkə gətirə bilərəm".