Zaur Baxşəliyev məhkəməyə verildi — ATV-də daha bir ev fırıldağı
27-02-2016, 11:58
Oxunub: 5 255
Məşhur teleaparıcı Zaur Baxşəliyev məhkəməyə verilib
Bolgexeber.com AzNews.az-a istinadən xəbər verir ki, İmişli rayon, Hacıalmuradlı kənd sakini Kamran Həşimov aparıcıya qarşı mənəvi təzminat iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məlumata görə, K.Həşimovun onu məhkəməyə verməsinə səbəb Z.Baxşəliyevin aparıcısı olduğu verilişlərdən birində aldadılmasıdır. Belə ki, həmin layihədə iştirak edən K.Həşimov sonda mənzil qazanıb. Z.Baxşəliyev açarı ona təqdim etsə də, sonradan mənzilin verilməsindən imtina edilib. Belə olduğu halda K.Həşimov məhkəməyə üz tutub.
Aparıcı Z.Baxşəliyevin köməkçisi Faiq Ələkbərli AzNews.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib: "Bizim bundan xəbərimiz yoxdur. Siz bizə məhkəməyə verilən iddia ərizəsini təqdim edin, sonra münasibət bildirək".
Yasamal Rayon Məhkəməsi isə faktı təsdiqləyib. Hakim Rafael Əliyev açıqlamasında bildirib ki, iddiaçı Həşimov Kamran İbiş oğlu Zaur Baxşəliyevdən pul tələb edir: “Bu proses məndə idi. Amma həmin iş araşdırılıb baxılması üçün ATV kanalının nümayəndəsinin öz vəsatəti ilə aidiyyəti üzrə Səbael Rayon Məhkəməsinə göndərilib. Yaşlı kişidir, haradasa 80 yaşı olar. Aldadıldığını iddia edir və Zaur Baxşəliyevdən pul tələb edir”.
Məlumat üçün bildirək ki, anoloji hadisə ATV kanalında 2013-cü ildə də baş vermişdi. Belə ki, kanalda nümayiş olunan və qalibi SMS-səsvermə ilə müəyyənləşdirilən “Şərq ulduzu” yarışmasında mükafat qismində Bakı şəhərində mənzil təqdim olunmalı idi. Yarışda 14 yaşlı Ayla Şiriyeva qalib gəlmişdi. Lakin söz verilən mənzil iştirakçıya verilməmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər