BolgeXeber.Com » Şou-Biznes » "Evli ola-ola onunla münasibət qurdum" - "Birinci ailəm 1, ikinci 4 il, Elşad Xose ilə kəbinlə iki il bir yerdə yaşadıq"
"Evli ola-ola onunla münasibət qurdum" - "Birinci ailəm 1, ikinci 4 il, Elşad Xose ilə kəbinlə iki il bir yerdə yaşadıq"
29-02-2016, 10:31
Oxunub: 5 761
“Qadın kimi xoşbəxt deyiləm"
Rəqqasə Oksana Rəsulova “ATV maqazin 10lar” verilişində şəxsi həyatından danışıb. Bolgexeber.com xəbər verir ki, 3 dəfə ailə quran rəqqasə qadın kimi xoşbəxt olmadığını bildirib:
“Qadın kimi xoşbəxt deyiləm. İlk dəfə 17 yaşımda ailə qurdum. Həyat yoldaşım qəddar idi, şiddət görürdüm. Fiziki və maddi zorakılığa məruz qaldım. Ailəm həyat yoldaşımdan ayrılmağımı istədi, atam dedi ki, o ailədə qala bilmərəm. İkinci həyat yoldaşım 20 yaş məndən böyük idi. Aramızda sevgi yox idi. Şou-biznesə yeni qoşulmuşdum və adıma ləkə gətirirdilər. Şayiələrdən qurtulmaq üçün sevmədiyim adama ərə getdim. O, sonradan məni qızı kimi sevirdi. Mən ondan ayrılıb Bakıya qayıtdım, Elşad Xose ilə münasibət qurdum. İkinci həyat yoldaşım məndən boşanmaq istəmirdi. Rusiyaya qayıtdım, yarım il məni evdən buraxmadı. Əsəblərim çox pozulmuşdu, oradan qaça bilmək üçün nevroloji dispanserdə iki həftə müalicə aldım. Bakıya qaçıb gələndən sonra çətinliklə boşandım. Hamı məni qınayırdı ki, evli ola-ola Elşadla münasibət qurub. Bu mənim ən böyük səhvim idi, məni ancaq qadınlar başa düşər. Hamı məndən üz döndərəndə Xose mənə dəstək oldu. Elşadı sevdim, amma sevgi ilə qurulan ailəmiz uzun sürmədi. Birinci ailəm 1, ikinci 4 il davam etdi. Xose ilə kəbinlə 2 il bir yerdə yaşadıq, sonra rəsmiləşdirdik. Gərək rəsmi nikaha girməzdik”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər