BolgeXeber.Com » Şou-Biznes » "İlhamə Quliyevanın bütün mirası nə oğulluğuna, nə də yaxınlarına deyil"... - bütövlükdə dövlətə qalacaq
"İlhamə Quliyevanın bütün mirası nə oğulluğuna, nə də yaxınlarına deyil"... - bütövlükdə dövlətə qalacaq
2-03-2016, 09:12
Oxunub: 1 432
Əli Mirəliyev İlhamə Quliyevanın banklardakı bütün pul hesablarının dondurulduğunu açıqlayıb
Bu günlərdə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın bütün mirası nə oğulluğuna, nə də yaxınlarına deyil, bütövlükdə dövlətə qalacaq. Bu barədə xalq artistinin dayısı oğlu, müğənni Əli Mirəliyev “Yeni Müsavat”a açıqlamasında bildirib:
“Əsəbləşirdi, hər dəfə vəsiyyət barəsində bir söz deyirdi. Canı ağrıyırdı. Hirslənirdi Orxanın əlindən, ona “bezdelnik” deyirdi. Sonra deyirdi “yox, oğlumdur”. Vəsiyyətnamə rəsmi olaraq yoxdur, heç nə yazmayıb. Yazsaydı biz bilərdik, bir şey çıxardı üzə. Sənədləri, filan hamısı məndə idi. Sözdür də gah deyirdi ki, “evi orduya verəcəm”, gah deyirdi “yox, nəvəm var, ona verəcəm”. Bir az müəmmalı oldu... Mirasının hamısı dövlətə qalacaq”.
Əli Mirəliyev İlhamə Quliyevanın banklardakı bütün pul hesablarının dondurulduğunu da açıqlayıb:
“Çünki özü yoxdur. Rəsmi uşağı da yoxdur ki, ona qalsın sərvəti. Sadəcə xalasının nəvəsi Orxanı saxlayıb, böyüdüb, evləndirib. Amma rəsmi oğulluğa götürməyib. Uşağı götürüb saxlayanda öz familiyasına keçirir, sənədləşdirirlər. Biz belə görümüşük. Onun adı Quliyeva İlhamə Məzahir qızı, o da Nadirov Orxan Əhmədağa oğludur. Heç bir hüquqi sənəd yoxdur təsdiqləsin ki, Orxan onun oğulluğudur. Elə bir vəsiyyətnamə də yoxdur ki, “mən mirasımı, ölümümdən sonra Orxana verirəm”. Biz bunun çevrəsində olan adamlarıq, lakin bu barədə heç bir rəsmi sənəd bilmirik. Biz bilirik ki, xəstəliyi ilə əlaqədar onun beynindəki durumu pozulmuşdu. Gah qışqırır, gah ağlayırdı, gah da “uff, ayaqlarım, hər yerim ağrıyır” deyirdi. Əziyyət çəkirdi bu adam. Amma efirə çıxanda mərdi-mərdanə çıxıb oxuyur, deyib-gülürdü. Çox mübariz insan idi... “
Bolgexeber.com
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər