BolgeXeber.Com » Şou-Biznes » Məşhur müğənni İrina Dubsovanın konsertində biabırçılıq – VİDEO

Məşhur müğənni İrina Dubsovanın konsertində biabırçılıq – VİDEO

12-04-2016, 08:45
Oxunub: 4 699 Məşhur müğənni İrina Dubsovanın konsertində biabırçılıq – VİDEOO, güclə oxumağa çalışır, daim nəsə içir, eyni sözləri təkrarlayırdı

Məşhur müğənni İrina Dubsovanın konserti Qomeldə rüsvayçılıqla başa çatıb. Bir neçə kompozisiya ifa edən müğənni, zalda əyləşən tamaşaçılar ilə dialoq qurmağa başlayıb, bundan sonra bəzi tamaşaçılar zalı tərk etməyə üstünlük veriblər.

Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, pərəstişkarlar İrinanın səhnəyə sərxoş vəziyyətdə çıxdığını hesab edirlər və onun monoloquna qulaq asmaq istəməyiblər. Zalda əyləşən kişilərdən biri ona yaxınlaşıb kobud ifadələr işlətdikdən sonra Dubsova səhnəni tərk edib.
Məşhur müğənni İrina Dubsovanın konsertində biabırçılıq – VİDEO

Daha sonra müğənninin İnstagram səhifəsində nümayəndələri tərəfindən vəziyyətə aydınlıq gətirməyə çalışdıqları məlumat yerləşdirilib. Onların sözlərinə görə, İrina sadəcə mövsüm allergiyasına görə özünü pis hiss edib.

“İrina Dubsova bir neçə ildir ki, mövsüm allergiyasından əziyyət çəkir, bununla bağlı vəziyyətinin kəskinləşməsi nəticəsində bronxospazmlar meydana çıxır, bu isə nəfəs və danışıq funksiyasının pozulmasına, ağır öskürək tutmasına gətirib çıxarır. Məhz bu səbəbdən də müğənni Qomeldəki konsertini keçirə bilməyib. Belarusda erkən çiçəkləmə dövrü gözlənilməz olub. Adətən çiçəkləmə dövründə İrina ölkəni tərk edir”, – məlumatda deyilir.

Müğənninin anası da bu məlumatı təsdiqləyib. O, həmçinin bu ayın sonunda İrinanın oğlu ilə bərabər Rusiaydan getməyə hazırlaşdığını da deyib. Bu tədbirləri müğənni hər il çiçəkləmə dövründə həyata keçirir.

Konsertin ləğv edilməsinin rəsmi səbəbi kimi, müğənninin ağcaqayın çiçəkləməsinə olan allergiyası göstərilib.