Azərbaycanlı müğənniyə təcavüz etdilər
22-08-2012, 11:05
Oxunub: 6 871
Dünən gecə saatlarında müğənni Səidə Dadaşova iki naməlum şəxsin hücumuna məruz qalıb.
Məsələ ilə bağlı Publika.Az saytının müxbiriylə əlaqə saxlayan müğənni hadisəni danışmağa çalışsa da, fikrini izah etməkdə çətinlik çəkib. Bu zaman müğənninin köməkçisi, səs rejissoru Arzu Abbasova S.Dadaşovanın başına gələn hadisəni belə izah edib:
“Hadisə Səidənin paytaxtın mərkəzi küçəsində yerləşən səsyazma studiyama gəldiyi zaman baş verib. O, avtomobilini gecə klublarının birinin qarşısında saxlayıb, yolun əks istiqamətinə keçəndə klubdan çıxan 2 naməlum şəxs sərxoş halda ona atmacalı sözlər deyib. Buna dözməyən Səidə həmin şəxslərə cavab verib və münaqişə yaranıb. Hadisənin səs-küyünə gələn post patrul xidmətinin işçiləri həmin 2 nəfəri hadisə yerindən uzaqlaşdırıblar. Bildiyimizə görə, onları polis bölməsinə aparıblar. Hazırda Səidə çox gərgindir. Hadisənin şokundan tir-tir əsir".
A.Abbasova əlavə edib ki, S.Dadaşovanın vəziyyəti pis olduğuna görə, post patrul xidmətinin işçiləri səsyazma studiyasına gəliblər.
Qeyd edək ki, A.Abbasova Publika.Az-ın müxbiriylə həmin vaxt studiyada olan müğənni Elariz Məmmədoğlunun mobil telefonuyla əlaqə saxlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər