"Yeni Ulduz-2"nin qalibi Rəcəb Musayev yol qəzasında həlak oldu
13-01-2011, 03:00
Oxunub: 2 873

Gənc müğənni yanvarın 10-da gecə saat 12 radələrində dünyasını dəyişib
Bu barədə 3 saylı Sabunçu xəstəxənasından Bolgexeber-e məlumat verilib. Xəstəxana personalından adının açıqlanmasını istəməyən tibb işçisi, Rəcəb Musayevin avtomobil qəzasından xəsarət aldığını və xəstəxanaya ağır vəziyyətdə çatdırıldığını bildirib. Onun sözlərinə görə, həkimlərin bütün səylərinə baxmayaraq Rəcəb Musayevin həyatını xilas etmək mümkün olmayıb.
Sabunçu rayon Polis İdarəsindən verilən məlumatda isə bildirildi ki, R.Musayev yanvarın 8-də saat 20:45-də Kürdəxanı-Lahic bağları istiqamətində hərəkət edən zaman yol qəzasına düşüb. O, idarə etdiyi “Mercedes” markalı "10 NU 411" dövlət nömrə nişanlı avtomobilini aşırıb. Yüksək süərlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək münkün olmayıb.
Xatırladaq ki, tamaşaçılar Rəcəb Musayevi bir neçə il öncə keçirilmiş “Yeni Ulduz-2” müsiqi müsabiqəsindən tanıyıblar. Daha çox gitarada ifası ilə yadda qalan gənc ifaçı elə həmin müsabiqənin qalibi olmuşdu.
Rəcəb Musayev, yerli kanallardan birində yayımlanan “Əsgər anı” verilişinin həm də aparıcılarından biri idi.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- Dünən, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət