“Xoşqədəm xanım ümidimi qırdı”
30-10-2012, 12:35
Oxunub: 6 648
“ATV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bizim müraciətimizə cavab vermir”
Bu şikayəti Avrasiya.net-ə Beyləqan rayonu, Bolsulu kənd sakini Rzayeva Ramilə edib.
Onun sözlərinə görə, 1972-ci il təvəllüdlü qardaşı Taleh Səxavət oğlu Rzayevin itkin düşməsi ilə bağlı aprel ayında məktubla “Səni axtarıram” verilişinə müraciət edib: “Qardaşım 1997-ci ildən Rusiyanın Volqoqrad şəhərinə gedib. Bir neçə dəfə bizimlə əlaqə yaratdıqdan sonra ondan səs-soraq çıxmadı. Aprel ayında “Səni axtarıram”a məktub yazdım. Bir neçə aydan sonra cavab gəldi ki, məktubunuzu aldıq. Ondan sonra bizə müraciət edən olmadı”.
R.Rzayeva bu gün də X.Hidayətqızı ilə telefon əlaqəsi yaratdığını lakin danışa bilmədiyini dedi: “Zənmg vurdum, elə danışmaq istəyirdim ki, sözüm ağzımda yarımçıq qaldı. Xoşqədəm xanım “kimsən” deyib telefonunu söndürdü”.
Şikayətçi onu da bildirdi ki, bircə ümidi X.Hidayətqızına idi. O da bu ümidi qırdı.
Məsələ ilə bağlı hörmətli X.Hidayətqızının da mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər