Şouya içkili qatılan Fərda Xudaverdiyev söyüş söydü - Zal boş qaldı - FOTOLAR
6-05-2017, 14:56
Oxunub: 6 964
Dünən, yəni mayın 5-i Nizami Kino Mərkəzində baş tutan Fərda Xudaverdiyevin "Selfinaz 2" stand up şousu öncəsi qalmaqal yaşandı
Hələ şouya saatlar qalmış mediaya "Mütləq gəlin. Jurnalistlər üçün giriş sərbəstdir" deyən təşkilatçılar qəfil fikirlərini dəyişdilər. Jurnalistləri zala buraxmadılar.
Əvvəlcə "Sizin üçün yuxarı mərtəbədə yer ayılır, oraya qalxın" deyib, sonra isə oradan da bayıra çıxarılan mətbuat işçilərini ələ salırmış kimi davranan təşkilatçılar deyəsən eyforiyaya qapılıblar. Elə bilirlər ki, zaldakı Fərda yox, Cem Yılmazdır. Tamam, ona özünü oxşatmağa çalışan biridir, amma o, Cem Yılmaz deyil.
Təşkilatçıların medianın gücündən ya xəbərləri yoxdur, ya da Fərda kimi onlar da içkili idilər. Bəli, Fərda şouya içkili halda qatılmışdı. Hətta iş o yerə çatmışdı ki, jurnalistlərə açıqlama verərkən suala etik çərçivələr daxilində cavab verəcək halda olmadığı üçün söyüşlə danışmalı oldu. (Səs yazısı var - red).
O söyüşü ancaq 2 küçə adamı dalaşarkən eşitmək olar. Yəqin içkili olması ilə yanaşı, həm də əsəbi olduğuna görə belə hala düşüb. Axı, şoudan öncə, "Məndən dəvətnamə istəməyin" deyə müraciət ünvanlayan Fərdanın şousuna həmkarlarından, şou-biznesdən barmaqla sayılacaq qədər, hətta bir əldə olan barmaqların sayı qədər adam qatılmışdı. Bilet alıb gələnlər isə zalı dolduracaq qədər deyildi. Bu da onu qəzəbləndirə bilər.
Əslində normaldır, niyə gəlsinlər ki? YouTube-ni açıb, "Cem Yılmaz" yazıb, baxa bilərlər də, üstəlik pulsuz... Bəlkə də bir az abartmış olaram, Fərda hələ Cem Yılmazı parodiya edir, daha doğrusu etməyə çalışır. Onun o mərtəbəyə çatmağına çox var. Əvvəlcə mədəniyyət, danışıq, qabiliyyət və hörmət sahibi olmaq lazımdır. Bunları da plagiat edəcəksiniz, Fərda bəy?
Məhəmməd Türkmən
Musavat.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər