Nadir Qafarzadə xalqı təhqir etdi: Ərəblər qız-gəlinlərinizi əlinizdən alıb kef çəkir
16-05-2017, 11:53
Oxunub: 4 525
Müğənni Nadir Qafarzadə sosial şəbəkədə xalqı təhqir edib
Oxu.Az xəbər verir ki, müğənni “Instagram”da onu tənqid edən şəxslərə verdiyi cavabda təhqiramiz ifadələrdən istifadə edib:
“Bədbəxt “insanlar”, görəsən, Allahın sizdən xəbəri var? Cahillər, gedin qeyrətinizə sahib çıxın. Ərəblər qız və gəlinlərinizi əlinizdən alıb kef çəkirlər, gedin onların dərdini çəkin”.
Müğənni sosial şəbəkədə yazdığı təhqirlərlə bağlı Lent.az-a açıqlama verib:
“Bəziləri yazıb ki, guya mən üzümü dartdırmışam, qaşımı aldırmışam. Birincisi, mən bunu etməmişəm, etsəm də heç kəsdən qorxmuram, çəkinmirəm, hər şeyi açıqlayaram. Mən səhnə insanıyam, daim formada olmalıyam. Barəmdə şərh yazan bəziləri də getsin öz doğmaları ilə maraqlansın. Bəziləri insanlara namus dərsi keçmək istəyir. Hamısı sosial şəbəkədə şir olublar.
Bu gün məni əsəbiləşdirdilər, cavablarını da artıqlaması ilə verdim. Dincəlsinlər. Amma bundan sonra özümü hirsləndirməyəcəyəm. Bu məsələlərlə vəkilim məşğul olacaq. Gəlib polis bölməsində mənə yalvararlar. Mən də bağışlamayacağam. Təhqir yazanlar öz cavablarını almalıdırlar. Bunu tək mən yox, bütün müğənnilər etməli, bu şeylərə son qoyulmalıdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər