Səməd Səmədovla Nadir Qfarzadə quda olacaq
12-11-2012, 13:20
Oxunub: 6 847
Xalq artisti Səməd Səmədov və müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar ediblər.
Bolgexeber.com-un xəbərinə görə, hər iki müğənni ATV-də çıxış edərək, «qohum olacaqlarını» deyiblər. Onların qohumluqlarının səbəbkarları isə müğənnilərin itləridir.
Belə ki, Səməd Səmədov öz iti ilə Nadir Qafarzadənin itini «qovuşdurmaq» qərarına gəlib: “İtimin sayəsində Nadirlə qohum olacağam. Onu da deyim ki, əvvəl Cenifer Lopez mənimlə qohum olmaq istəyirdi. O, da Bakıya iti ilə gəlmişdi. Amma mən razılıq vermədim. Fikrim var ki, Nadirlə qohum olum. Biz onlara toy etmək qərarına da gəlmişik”.
Nadir Qafarzadə də həmkarından heç də geri qalmayaraq, itlərini evləndirməkdə maraqlı olduğunu deyib: “Mən itimi efirə çıxarmaq istəmirəm. Çünki göz dəyir. İki dəfə itimi efirə çıxarmışam. Hər ikisi sabahı gün vəfat edib. Buna görə biz pis oluruq, ürək ağrısı keçiririk. Amma itimi Səməd Səmədovun evinə gəlin köçürəcəyəm. Biz quda olacağıq. Toyda isə dünya ulduzları oxuyacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər