İt qudaları ilə bağlı Mədəniyyət Nazirliyi rəsmi mövqeyini açıqladı
15-11-2012, 14:20
Oxunub: 6 294
Zöhrə Əliyeva: “Biz çox istərdik ki, mədəniyyət sahəsində fəaliyyət göstərən bütün insanlar özlərini yaxşı aparsınlar"
Ölkədə xalq artist adı verilən şəxslərin gündəmə düşməsi üçün “qeyri-adi” işlər görməsi artıq adi bir hal alıb. Bəziləri geydikləri ayaqqabının və ya paltarın qiymətini açıqlamaqla gündəm düşür, bəziləri soyunmaqla. Sonuncu dəfə yayımlanan məlumat isə analoqu olmayan gündəmə düşmə hadisəsi idi. Belə ki, ölkənin xalq artisti adı verilən müğənni Səməd Səmədov digər bir müğənni Nadir Qafarzadə ilə quda olacağını açıqladı. Lakin bu qudalıq övlad yox, müğənnilərin itləri vasitəsilə həyata keçiriləcək. Çox acınacaqlı və dəhşətli bir haldır ki, Azərbaycan kimi milli mental və mənəvi dəyərlərə sahib bir ölkədə, itə oğlum deyib onun vasitəsilə quda olacaq şəxslər xalqın artisti hesab edilir. Bəs it sevər müğənniləri xalq artisti adı il təltif edən Mədəniyyət və Turizm Nazirliyinin baş verən hallarla bağlı mövqeyi necədir? Baş verənlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva ilə əlaqə saxladıq. Zöhrə xanım ilkin olaraq baş verənlərlə bağlı media nümayəndələrini günahkar çıxardı: “Hər hansı bir müğənninin məişət və şəxsi həyatında baş verən hadisələrdən cəmiyyət o, vaxt xəbər tutur ki, media mənsubları bu məsələni gündəmə gətirirlər. Mən bu tip məsələləri media səviyyəsinə çıxaran və müzakirə predmetinə çevirən jurnalistlərin səviyyəsinə şübhə edirəm.”
Müğənnilərin geyim məsələlərinə də münasibət bildirən nazirlik rəsmisi, “ əlbəttə ki, hamımız istərdik ki, müğənnilər milli mentalitetə uyğun və müasir paltarlar geyinsinlər. O şey ki, kənardan gözəl görünürsə deməli müasirdir”, - deyə bildirdi: “Bu tip mövzuların hansısa media orqanlarında və internet portallarında yayımlanması kimə lazımdır. ”
Zöhrə xanım onu da bildirdi ki, xalq artistləri tərəfindən bu cür halların baş verməsi arzu edilməzdir: “ Biz çox istərdik ki, mədəniyyət sahəsində fəaliyyət göstərən bütün insanlar özlərini yaxşı aparsınlar və narahat doğuran əməllərə yol verməsinlər.”
“Mədəniyyət və Turizm Nazirliyi hər hansı bir müğənniyə xalq artisti adı verərkən hansı meyarları nəzərə alır ”, - sualını da cavablandıran nazirlik rəsmisi, “ həmin müğənninin incəsənət üçün hansı işlər görməsi və ölkədəki apardığı fəaliyyət nəzərə alınır”, - deyə bildirdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər