Əli Həsənovun oğlu serial çəkir
21-11-2012, 11:35
Oxunub: 21 989
Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətin iştirakı ilə hazırlanan yeni teleserial çəkilir.
Filmlərin hazılanması üçün İranın məşhur kinematoqrafçıları – Babək Şirinsifət, Mehdi Pərizad və digərləri Azərbaycana dəvət olunub.
“Aydın” və “Çaqqal nəfəsi” adlı çoxseriyalı filmlər çəkilişləri tamamlandıqdan sonra yerli telekanalların birində nümayiş olunacaq.
Bu barədə Bolgexeber.com-a serialları çəkən istehsalçı şirkətin rəhbəri Şamxal Həsənli məlumat verib. Ş.Həsənli açıqlayıb ki, “Aydın” filmi Cəfər Cabbarlının məşhur “Aydın” əsərinin motivləri əsasında hazırlanır. Filmin ssenarisi üzərində Rüstəm İbrahimbəyovun kino məktəbinin tələbəsi Nərgiz Bağırzadə çalışır. Hazırda filmin aktyor heyətinin seçimləri gedir.
Şirkət rəhbəri onu da əlavə edib ki, “Çaqqal nəfəsi” adlı ikinci serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov və digər tanınmış aktyorlar rol alıb. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü edib. Kriminal melodram janrında olan serialin əsas ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki qadının taleyindən bəhs edir- təsüdüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc qadının (33-35 yaş) həbsxanadan çıxdıqdan sonra başına gələnlər və keçmişdə biznes fəaliyyətiylə məşğul olub, lakin kimlərsə tərəfindən şərlənib həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadının öz günasızlığını sübut etmək yolunda apardığı mübarizəsi…
Filmin ssenari müəllifi İlqar Fəhmidir. İranlı bəstəkar Hamid Sabet seriala musiqi yazıb.
Qeyd edək ki, Şamxal Həsənov Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun oğludur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər