BolgeXeber.Com » Şou-Biznes » Xatunun "Dilin yanacaq"da plagiat çıxdı - Video

Xatunun "Dilin yanacaq"da plagiat çıxdı - Video

30-08-2017, 12:43
Oxunub: 5 407 Xatunun  "Dilin yanacaq"da  plagiat çıxdı - VideoSon zamanlar sənətçilərimizin təqdim etdiyi mahnıları, klipləri və ya geyimləri plagiat olması ilə gündəmə gəlir

Bolgexeber.com-un məlumatına görə, ötən gün müğənni Xatun “Dilin yanacaq” adlı yeni mahnısına çəkilən klipi plagiat çıxıb.
“Dilin yanacaq” adlı mahnıya çəkilən klip iki il öncə türkiyəli müğənni Simge "Miş Miş" mahnısına çəkilən klipə çox bənzəyir.
Klipdə süjet xətti, xırda detallara qədər oxşarlıqlar gözdən qaçmayıb. Kliplərin oxşar məqamlarını aşağıda təqdim etdiyimiz linklərdə izləyə bilərsiniz.

Qeyd edək ki, müğənni Xatun “Dilin yanacaq” adlı yeni mahnının sözləri Arzu Yahyayeva, musiqisi Nadir Nəğd Pula məxsusdur. Mahnının ekran həlli Pənah Eldar və İlham Yaşaroğluna həvalə edilib.
Xatunun  "Dilin yanacaq"da  plagiat çıxdı - Video