Prodüser Humay ulduzlara layiq ad günü etdi – Fotolar
6-09-2017, 15:00
Oxunub: 11 780
Möhtəşəm gecədə yaşananları təfərrüatı ilə bizdən oxuyun
Bolgexeber.com xəbər verir ki, ötən gün növbəti yaşını qeyd edən Azərbaycanın tanınmış prodüseri və "Lider maqazin" proqramının aparıcısı Humay Muxtarova şou-biznesdəki say-seçmə dostlarının əhatəsində xoş gününü təmtəraqlı məclis təşkil etməklə qeyd etdi. "Niaqara" restoranında baş tutan məkan ulduzlara layiq tərzdə bəzədilmişdi. Bu xoş gündə modelyer Gülnarə Xəlilova, prodüserlər - Anar Mədətov, Təranə Səmədova, Anar Nur, müğənnilər - Samirə Allahverdiyeva, Sevda Sənaliyeva, Niyam Salami, Rəvan Qarayev, Anar Rəhimli, Nüşabə Musayeva, teleaparıcı İlahə Nizamiqızı, rejissor Nail Naiboğlu, bəstəkar Ruslan Əhmədoğlu, jurnalistlər - Yalçın Uğur, Xanım Əliyeva, Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Nərminə Qafarlı və başqaları öz iştirakları ilə bu xoş günü daha yaddaqalan etdilər. Azərbaycanı müxtəlif çempionatlarda təmsil edərək birincilik qazanan şef-kulinar Fərhad Mövsümovun hazırladığı "Humay tortu" az marağa səbəb olmadı. Şirniyata bəzək verən "Humay tortu" əksər qonaqlar həm görünüşü, həm də dadı ilə heyrət qoydu. Bahalı hədiyyələr yağışına tutulan Humay, Bolgexeber.com-a verdiyi eksklüziv açıqlamasında məmnunluğunu bu sözlərlə dilə gətirdi: "Mən çox xoşbəxt insanam. Güvəndiyim ailəm, sınaqdan çıxmış dostlarım məni olduğum kimi qəbul edirlər. Nə gözəl ki, bu dəfə doğum günümdə başda qızım olmaqla, doğmalarım da bu məclisə gəldilər. Düz 8 ildir şou-biznesdə öz statusumu qoruyub-saxlamağın öhdəsindən gəlirəm. Allah ömür versin görəcəyim işlərlə daha böyük nailiyyətlərə imza atacağam. Allah hamımıza xoş günlər nəsib eləsin".






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər