"Əbülfəs Qarayevin qəbuluna düşmək çox çətindir"
4-12-2012, 12:30
Oxunub: 7 009
Xalq artisti nazirə MÜRACİƏT etdi
“Açığını deyim mən “profsayuz” işlərini yaxşı bilmirəm. İlqar Cahangirov çox istedadlı aktyordur. O “Otello”, “Xudayar bəy”, “Ezop” kimi rolların möhürünü vurub. İlqar deyil, bir başqası olsaydı, bəlkə də məni ağrıtmazdı. Məni ağrıdan məqam var. İlqar nəyə görə ərizə yazıb? İnanmıram ki, İlqar oturduğu yerdə gedib ərizə yazsın? Məncə mətbuat bunu araşdırmalıdır. O, ərizəni yazıb. Amma qalan bir şey var-ümumi dil tapmaq lazımdır. Bu həssas məsələdə xüsusilə, diplomatiya lazımdır”.
Bunu AzNews.az-a xalq artisti, rejissor Cənnət Səlimova bildirib. Onun sözlərinə görə, Azərbaycan teatr sənətində yaranmış bu vəziyyətə Mədəniyyət və Turizm Nazirliyi biganə qala bilməz: “Mən böyük məmnuniyyətlə cənab nazirin yanına gedərdim. Amma Əbülfəs Qarayevin qəbuluna düşmək çox çətindir. Hətta mən deyərdim ki, qəbul hardasa iki aydan da çox vaxt aparır. Zənglər, xahişlər etməlisən. Özü də hər gün ki, onun qəbuluna düşə biləsən. İlqarın teatrdan gedişi isə böyük faciədir. Bu anlaşılmazlıqdır. Mübariz Həmidov da İlqarı çox sevir. Mənim fikrimi Mübariz müəllim yaxşı bilir. Özü də bu birinci hadisə deyil. Mən inanıram ki, Mübariz Həmidov İlqarı geri qaytaracaq. Bu mütləq olacaq.
Xalq artisti Əbülfəs Qarayevə də müraciət etdi: “Teatrda istedad tək-tək yetişir. İlqar Cahangir də o təklərdən biridir. Cənab Qarayev, İlqarın teatrdan uzaqlaşdırılmasına imkan verməyin. Çünki o, teatr sənətində çox şey deyə bilmək gücündə olan aktyordur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər