BolgeXeber.Com » Şou-Biznes » Vüsalə Kərimova: “Tərbiyəsizlik əri yanında olarkən sevgilini də yanında gəzdirməkdir"- Video

Vüsalə Kərimova: “Tərbiyəsizlik əri yanında olarkən sevgilini də yanında gəzdirməkdir"- Video

18-10-2017, 12:00
Oxunub: 4 579 Vüsalə Kərimova: “Tərbiyəsizlik əri yanında olarkən sevgilini də yanında gəzdirməkdir"- VideoVüsalə Kərimova Milli Televiziya və Radio Şurasının (MTRŞ) "Maşın şou” ilə bağlı açıqlamasına münasibət bildirib

ATV-də yayımlanan "Maşın şou”nun ən fəal iştirakçılarından olan teleaparıcı Vüsalə Kərimova AZXEBER.COM-a özəl açıqlama verib.

Vüsalə Kərimova Milli Televiziya və Radio Şurasının (MTRŞ) "Maşın şou” ilə bağlı açıqlamasına münasibət bildirib.

O deyib ki, şouda kobud, vulqar ifadələr işlətmir və açıqlamanın ona aidiyyatı yoxdur: "Mən həmin açıqlama ilə tanış deyiləm. Ancaq bir şeyi əminliklə deyə bilərəm ki, mən efirdə heç kimi təhqir etməmişəm, kobud və vulqar ifadələr işlətməmişəm. Məhz buna görə də o açıqlamanın mənə aidiyyatı yoxdur. O yayımda həmin tip sözləri Günel səsləndirib, mən sadəcə özümü müdafiə etmişəm”

Teleaparıcı müğənni Günel Ələkbərovanın onun haqda "oğlu yaşında adamla sevgilidir” ittihamına da cavab verib: "Tərbiyəsizlik kiminləsə sevgili olmaq deyil, tərbiyəsizlik əri yanında olarkən sevgilini də yanında gəzdirməkdir. Mən sizi əmin edirəm ki, şounu tərk edəndən sonra Günelin bütün açıqlamalarını oxuyacam və tək-tək ona cavab verəcəm. Sadəcə onu deyə bilərəm ki, Günel kimdir ki. mənə tərbiyədən danışsın”.

Vüsalə Kərimova sosial şəbəkələrdə onu kobud və yüksək səslə danışığına görə tənqid edənlərə də cavab verib: "Mən sosial şəbəkələrdə yazılanları oxumuram. Orada hər kəs öz tərbiyəsini göstərir, sadəcə orada şərh yazanlar bir şeyi unutmasınlar ki, bu şounun iştirakçıları da kiminsə anası, kiminsə bacısı, kiminsə həyat yoldaşıdır”.