Eltonun çayına zəhər qatıblar - ŞOK İDDİA
12-12-2017, 17:41
Oxunub: 4 116
Müğənni Elton Hüseynəliyev şok iddia ilə çıxış edib
BakuPost.az xəbər verir ki, o, bir müddət əvvəl çayına zəhər qatıldığını iddia edib:
"Sözüm arxamca danışan iki üzlü, riyakarlaradır: Sözü üzümə deməyə kişiliyiniz, cürətiniz çatmır, məndən qorxub, çəkinirsiz. Bəs Allahdan qorxmursunuz? Hamınızın cavabını hər şeyə qadir rəbbim verəcək. Kim arxamca danışıb, sonra da məni görəndə üzümə gülürsə, elə bu hərəkəti ilə necə alçaq, iki üzlü olduğunu göstərir. Hər zaman rahat yaşamışam, bundan sonra da elə yaşayacam. Çünki mən insanlardan yox, Allahdan qorxuram. Toylarda mənə verilən pulun əvəzini işimlə qaytarıram və bununla da mənə iftira atanların cavabını verirəm, verəcəm. Çünki mən kiminsə oxumağına gülmürəm. Mən ulduz, sənətkar deyiləm. Hər zaman təvazökar olmuşam, olacam da. Məni öz həyatım maraqlandırır”.
İfaçı onu da əlavə edib ki, xeyli vaxtdır efirlərə də çıxmır: "Neçə vaxtdır ki, verilişlərə də getmirəm. Bəziləri kimi kanalların qapısında yatmıram, kimlərəsə yaltaqlıq etmirəm və kiminsə pulunu yeyib içib, geyinmirəm. Allahın verdiyi ilə dolanıram və neçə ildir ki, sizin kimi murdarlarla mübarizə aparıram. Məni şər-böhtanla yıxmaq istəyirsiniz, amma alınmır, alınmayacaq da. Məni 100 dənə kişi cildində arvadağız sevməsə də olar. Əsl kişilər məni yaxından tanıyan qardaşlarım bilir ki, kiməm. Alnım açıq, üzüm ağdır, heç kimin yanında gözü kölgəli deyiləm".
E.Hüseynəliyev bildirib ki, onun səsinin batması üçün bir neçə şou-biznes əhli ona qurğu qurubmuş: "Neçə müğənni, musiqiçi, bəstəkar, prodüser, nə bilim, daha kimlər mənə qurğu qurdunuz. Pul verib, məni Moskvaya da deport etdirdiz. Cadular murdarlıqlar, çayıma zəhər belə qatanlarınız oldu. Amma mən yenə işimdə, yerimdəyəm. Çünki Allah bilir mənim ürəyimi. Çünki gözəl oxumağım, hörmətim olduğuna görə mənə düşmən olduz. Amma alınmadı. Bədbəxtlər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər