"Qız nəvələrini oğurladacağam" - Ramiz Məliklə Məleykə Əsədovanın məhkəməsi olub
19-12-2017, 16:43
Oxunub: 4 436
Bu gün Nəsimi Rayon Məhkəməsində aktrisa Məleykə Əsədovanın həmkarı Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib
Musavat.com xəbər verir ki, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda iddiaçı tərəf şərəf və ləyaqətinin təhqirinə görə aktyordan 200 min manat məbləğində təzminat tələb edib.
Qarşı tərəf isə iddiaçının tələbini qəbul etməyib. Vəkil Türkel Süleymanlı bildirib ki, iddianı qəbul etmir. Məleykə Əsədova Ramiz Məlikin evinə zəng edərək ailə üzvlərini təhqir edib, qız nəvələrini oğurlatmaqla hədələyib.
Ramiz Məlik yeniçağ.az saytının əməkdaşı ilə danışarkən stress içində olub və sadəcə jurnalistlə söhbət etdiyini düşünüb. Sözlərinin mətbuatda yer alacağını bilməyib. M.Əsədova "Ramiz, sən əvvəldən qeyrətli idin, yoxsa indi qeyrətə gəlmisən?" deyərək xalq artistini təhqir etdiyi üçün ondan 300 min manat tələb edir.
Hakim növbəti iclasda aktrisa Məleykə Əsədovanın iştirak etməsi ilə bağlı qərar verib. Növbəti məhkəmə prosesi yanvarın 8-də olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər