10 ölkə “Eurovision“dan imtina etdi
20-12-2012, 10:55
Oxunub: 5 625
May ayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision 2013” Mahnı Müsabiqəsində iştirakdan imtina edən ölkələrin sayı artmaqdadır. Portuqaliya və Polşa olmaqla, 10 ölkə yarışa qatılmayacağını açıqlayıb. Onların əksəriyyəti yarışmadan çəkilməsinə səbəb kimi iqtisadi böhranı göstərir.
Slovakiya, Türkiyə, Çexiya, Lixtenşteyn, Yunanıstan, Kipr, Bosniya və Herseqovina və Lüksemburq da bu ölkələr sırasındadır.
Ancaq Yunanıstan və Kiprin qərarı hələ qəti deyil. İştirakçı ölkələrin hər birindən yarışmaya giriş üçün 160 min dollar məbləğində pul tələb olunur. Türkiyə isə “Eurovision”dan çəkilməsinə başqa bir səbəb gətirir. Dövlət səsvermənin nəticələrinə izləyici təsirini məhdudlaşdıran yeni qaydalardan narazılığını ifadə edir.
Ölkə həmçinin Avropa Yayım Birliyinin imtiyazlı tərəfdaş üzvləri olan Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyanın avtomatik finala keçidi anlayışı ilə razılaşmır.
Hazırda 39 ölkə “Eurovision 2013”də iştirakını təsdiqləyib.
Azərbaycanda isə artıq müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi ilə bağlı milli seçim turu başlayıb. Bu həftədən etibarən 80 namizəd birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, yarış gələn ilin may ayında İsveçin Malmö şəhərində keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər