Müğənnilər canlı efirdə dalaşdılar
17-01-2013, 11:15
Oxunub: 5 462
Pulu bölə bilməmək 17 illik dostluğa son qoydu
Əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədov ATV telekanalının "Ümid var" verilişinin canlı efirində dalaşıblar. 17 illik ittifaqın dağılmasının səbəbi də məlum olub. Səbəb son zamanlar ifaçılar arasında pulun ədalətli bölünməməsi olub. F.İbadovanı tədbirlərə tək dəvət edirdilər ki, bu da C.Məmmədovu qəzəbləndirirdi.
"Biz 17 ildir ki, toylarda birgə çıxış edirdik və mən hər dəfə qonorarın 15-17%-ni Firuzə xanıma verirdim. Axı hər dəfə eyni məbləğ ödəmək olmur axı. Çünki hamı eyni pul vermir. Firuzə xanım isə bunu anlamır. Bu səbəbdən mən ona dedim ki, restoran sahiblərinin nömrələrini verəcəm ona, əgər mənə inanmırsa, qoy özü danışsın. Məni əsəbləşdirən o oldu ki, o, toylarda tək iştirak edirdi və təşkilatçılara təklif etmirdi ki, məni də çağırsınlar. Mən isə həmişə hara getmişəmsə, onu da özümlə aparmışam. Ola bilər ki, başqa bir ifaçı onu bu hərəkəti etməyə vadar edib, bunu dəqiq bilmirəm", - C.Məmmədov deyib.
F.İbadova öz duet ortağı ilə razılaşmayıb. Onun sözlərinə görə, ayrılığın səbəbi pul deyil, çünki heç vaxt pula görə mübahisə etməyiblər. "Əgər məni harasa tək çağırırlarsa, mən bunda günahkar deyiləm. Bu dövlət tədbiridir, bu səbəbdən də mənim nəsə xahiş etmək hüququm yoxdur. Ancaq Cavanşir müəllim bunu anlamır", - o qeyd edib.
Keçmiş duet ortaqları yekdil fikrə gələ bilməyiblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər