“Hərəsini bir kişi saxlayır” - Rəqsanə
14-05-2018, 12:59
Oxunub: 5 705
“Rusiyada yəhudilərin bütün toylarında iştirak edirəm. Onlar mənə övladlarımı dolandırmaq üçün ruzi verirlər. Onlar toya məni çağırırlar, deyim başqasını dəvət edin?”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova rejissor Nail Naiboğlunun “Stop” layihəsində deyib. O bildirib ki, hər janrda mahnı oxumaqla məşhurlaşıb:
“Emin Kəriminin də bəstəsini ifa etdim, “İnanırım” da oxudum. Məni qara camaat sevdi, qəbul etdi. Bu gün bəyənilməyən qara camaatın Rəqsanəsi oldum. İndi təbəqələrə bölürlər, "elit təbəqə" deyirlər”.
Əkiz uşağa hamilə olan Rəqsanə bunu həyat yoldaşının istəyi ilə etdiyini söyləyib:
“Həyat yoldaşımı həddindən artıq istəyirəm. Həm dost, həm həyat yoldaşı, həm də övladlarıma arxa çıxan biridir. Hamilə qalmaqla onun arzusunu yerinə yetirirəm.
İndiyənə kimi hər şeyi tək etmişəm. Gördüyüm əziyyətə heç bir kişi də dözməzdi. Nə atam, nə qardaşım arxamda olmayıb. İndikilərin hərəsini bir kişi saxlayır. Məni saxlayan kişi də olmayıb. Elə çətinliklərim olub ki… Anama demişəm ki, bizim qohumlarımız da qırılıblar? Hər qadına ailə lazımdır. Durduğum yerdə 35 yaşında ailə qurmadım ki… Qızlarım üçün ailə qurdum. Onların gələcəyi, ərə getməyi var. Düşündüm ki, övladlarıma ata lazımdır.
Ətrafımdakı qeyrəti olmayanlara görə Moskvaya getdim. İndi onların başına mənə etdikləri gəlir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər