“Maşın şou”nun iştirakçıları - SİYAHI
30-05-2018, 10:26
Oxunub: 5 559
İştirakçılardan Günel Hümbətova, Roza Zərgərli, Pərvin Abıyeva, Azər Axşam, Əli Mirəliyev ikinci, Abbas Bağırov üçüncü, qalan iştirakçılar isə ilk dəfədir ki, yarışmaya qatılır
Bolgexeber.com Oxu.Az-a istinadən xəbər verir ki, “M Group Production”ın ərsəyə gətirdiyi şou “Xanımlar və cənablar - 2” devizi ilə ATV-də ekran həyatına başlayıb.
18 iştirakçının mübarizəyə qoşulduğu verilişdə Xalq artisti Murad Dadaşov ənənəyə sadiq qalaraq tək olmayıb.
Aparıcı qismində çıxış edənlərin sırasında Hüsniyyə Mürvətova, Vüsalə Əlizadə, Fərid Dadaşov olub.
Onlar “M Group Production”ının 15 illik yubileyindən söz açıb, bu illər ərzində imza atdıqları layihələr barədə danışıblar.
Verilişin gedişi zamanı iştirakçılar təqdim olunub və iddialı çıxışları ilə diqqət çəkiblər.
Məlum olub ki, bu dəfəki yarışda Əməkdar artist Abbas Bağırov, müğənnilər Əli Mirəliyev, Ruhəngiz Musəvi, Rahidə Baxışova, Roza Zərgərli, aparıcılar Azər Axşam, Günel Hümbətova, İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Firuzə Cəlilova, Aytən Səfərova, reperlər Qurd, Uran, aktyorlar Məcid Hüseynov, Cavidan Novruz, aktrisa Pərvin Abıyeva, meyxanaçı Ələkbər Yasamallı, vayner Hüseyn Əzizoğlu mübarizə aparacaq.
İştirakçılardan Günel Hümbətova, Roza Zərgərli, Pərvin Abıyeva, Azər Axşam, Əli Mirəliyev ikinci, Abbas Bağırov üçüncü, qalan iştirakçılar isə ilk dəfədir ki, yarışmaya qatılır.
Reper Uran isə məhz “Maşın” şou üçün iki ildir yaşadığı Fransadan ölkəmizə təşrif buyurub.
“Maşın”ın ən qocaman iştirakçısı 69 yaşlı Əli Mirəliyev, ən gənc iştirakçısı isə 1994-cü il təvəllüdlü Hüseyn Əzizoğludur.
Qeyd edək ki, bu dəfəki şouda aparıcılar üstünlük təşkil edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər