"Heç kimin altına uzanmamışam" - Təranə görün nəyini satışa çıxardı - FOTO
14-08-2018, 10:41
Oxunub: 20 273
Azərbaycanlı aktrisa Təranə Əliyeva ilginc qərarı ilə diqqətləri üzərinə çəkib.
Milli.Az xəbər verir ki, istedadlı aktrisa sosial şəbəkə hesabından ali təhsil diplomlarını satışa çıxarıb.
Təranə bu qərarını onun istedadına qiymət verilmədiyi ilə əlaqələndirib.
Kino camiəsindən inciyən aktrisa, bu qəribə addımı ilə bağlı Milli.Az-a danışıb:
"Son vaxtlar baxıram ki, maşallah, hamı kino çəkir, hamı serial çəkir. Amma çəkilənlərin 90 faizin tanıya bilmirəm. Ən azından aktyorluğu bitirənlərin çoxunu tanıyıram, amma bunları yox. Sən demə hamısı başqa sahələrin adamlarl, bəziləri orta təhsilli, bəzilərinin isə heç attestatı da yoxdur.
Məni rejissorların çoxu tanıyır, təbii ki, əsl rejissorlar, daha aqronomlar yox. Amma onların da heç biri dəvət etmir.
Çünki hamı robot kimi bir sistemlə işləyir. Bu sistem də ondan ibarətdir ki, yalnız dost, taniş, qohum, qonşu ya da ki borcu olduğu adamı çəkib, borcu "raşot" eləmək.
Nəticə də göz qabağındadır. Kinematoqrafiya deyil e, kolxozdu. Baki Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən sonra, aktyorluğu da oxudum ki, aktrisa olanda mənə heç kim irad bildirməsin, dilim uzun olsun.
Hətta tələbə vaxtlarımda başda sənət müəllimim - mərhum xalq artistimiz Kamal Xudaverdiyev olmaqla, bütün müəllimlərimin ən sevimli tələbəsi olmuşam. Hamı deyirdi cox istedadlıdı, gələcəyi parlaqdı. Bir tərəfdən sevinirəm ki, ulduz olmaqçün bəziləri kimi heç kimin altına uzanmamışam.
Çəkildiyim az-çox filmlər, seriallar və TV-layihələr hamısı öz istedadımın gücünə olub. İndi də diplomlarımı satıram ki, Hollivud eşqiylə yaşayan bəzi "aktrisaciqlar" alıb, kef eləsinlər.
Çünki, diplomlar Azərbaycandan fərqli olaraq, Hollivudda lazım ola bilər".

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər