BolgeXeber.Com » Şou-Biznes » Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR

Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR

3-10-2018, 16:57
Oxunub: 9 438 Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLARSosial şəbəkələrin populyarlıq qazanması tanınmış simaların işini asanlaşdırıb desək, yanılmarıq

Onlar öz reklamlarını burada aparır, yeni işlərini təqdim edir, sevənləri ilə ünsiyyət qurur və bəzən də mediaya verməli olduqları açıqlamaları çatdırır.

Lakin şəbəkələr həm də məşhurların digər tərəfini, savadsızlığını ortaya qoyur, onların sadə sözləri belə yaza bilmədiklərini aşkar edir. Bu statuslardan bəlli olur ki, milyonların izlədiyi və sevdiyi sözügedən ictimai şəxslər adi, gündəlik istifadə olunan sözlərin düzgün yazılışını bilməyəcək qədər savadsızdır.

Sosial şəbəkədə aktiv olan və düzgün yazı qabiliyyətləri ilə seçilən məşhurlar da az deyil. Xalq artisti Faiq Ağayev, əməkdar artist Lalə Məmmədova, müğənnilər Murad Arif, Nura Suri, Günay İbrahimli, Tünzalə Ağayeva onlar sırasındadır. Son zamanlar isə müğənni Damla öz yazdıqlarına xüsusi diqqət yetirir.

Bəzi məşhurlar isə öz səhifələrini mətbuat katiblərinə etibar edir və hər şeyi onlara yazdırır. Tanınmışların ingilis şrifti ilə yazması isə yazdıqlarını oxuyanda göz yorur. Bəziləri isə hələ də “ş” əvəzinə “w” yazır.

Əməkdar artist Röya Ayxan yazılarında ən çox səhvə yol verən müğənnilərdəndir.

Müğənni Talıb Tale Azərbaycan şriftləri ilə yazmağa çalışsa da, sözlərdə etdiyi səhvlər gözdən qaçmır.

Müğənni Şəbnəm Tovuzlunun səhifəsinə nəzər salsaq, adi sözləri səhv yazdığının şahidi olarıq.

Şou-biznesin əkizləri Sevil və Sevincin səhifəsinə göz gəzdirdikdə səhvsiz cümlə tapmaq yayda qar tapmağa bərabərdir. Bacılar, evlat yox, övlad, həsit yox, həsr, qun yox, gün və s. Deyəsən, bacıları əlifbanı və sözləri təzədən öyrətmək lazımdır.

Teleaparıcı Humay Muxtarova da 3 cümlədə 5 səhv buraxanlardandır.

Milyonların izlədiyi aparıcı Zaur Baxşəliyev də “İnstagram”da aktivdir. Həyat yoldaşı Günayla birlikdə istifadə etdiyi səhifəsində milyonlarla səhv edir. Məşhur cütlüyü çatdırmaq istəyirik ki, dilimizdə “chay” sözü yoxdur, onun adı çaydır.

Bəzən isə məşhur simalara haqq qazandırılır ki, onlar tələsik yazır, əsas sənətləridir, tanınmışlar əsas işi ilə tanınmalıdır və s. İctimai insan olan sənətçilərimiz həm də nümunədir, kimlərsə onlardan örnək götürür. Bəs tanınmışlar özləri həmkarları haqqında nə düşünür?

Musavat.com mövzu ilə bağlı sənətçilərin fikrini öyrənib. Əməkdar artist Lalə Məmmədova savadsız həmkarlarına müəllim yanına getməyi tövsiyə edib: “Elementar savadı orta məktəbdə alırıq. Əlifbanı, qrammatikanı, öyrənirik. Kimimiz zəif, kimimiz yaxşı öyrənirik. Hər kəsin ağzından çıxan söz və yazısı onun savadını, intellektini ortaya qoyur. Mənə mesaj yazan insanların etdiyi orfoqrafik səhvlər onları gözümdən salır. Bunun sənətə aidliyi yoxdur. Məşhur simalar daha çox danışıq və yazısına diqqət etməlidir. Səmimiyyət deyib, loru dildə danışmaq, danışdığımız kimi yazmaq olmaz. Tanınmış sima danışıq dilində yazıb tamaşaçıları məyus edir. Bilməmək ayıb deyil, müəllim tutub öyrənsinlər. Çantaya, ayaqqabıya, zinət əşyalarına o qədər pul xərcləyirlər. Onların cüzi hissəsini, ayda 100 manat verib 3 ay kursa getsinlər. Öyrənmək heç vaxt gec deyil”.

Bəstəkar-müğənni Murad Arif deyib ki, məşhurların savadsızlığı onu narahat edir: “Məni maraqlandıran və narahat edən məsələdir. Hesab edirəm ki, savadlı yazı, axıcı danışıq qabiliyyəti olmaq, söz ehtiyatına sahiblənmək hər insan üçün çox qiymətli keyfiyyətdir. Əsas da, ictimai insandırsa... Sənət adamları istəsələr də, istəməsələr də ictimai insandırlar. Onların hər bir hərəkəti və işləri ictimaiyyət tərəfindən qəbul olunur. Müəyyən mənada onlar örnəkdirlər, insanlara təsir edirlər, hansısa obraz, düşüncə tərzini təlqin edirlər. Sənətçi müəyyən bir intellektual baqaja malik olmalıdır. Çünki, insanı insan edən fikirdir. Düşünmək və düşündürə bilmək qabiliyyəti olmalıdır. Əgər sənin gözəl səsin varsa, bunu daha uğurlu təqdim etmək üçün işin içinə fikir, ideya, intellekt və şəxsiyyət də qatmalısan. Əgər bu şəxsiyyət kitab üzü açmırsa, onun avazının nə mənası, nə dərinliyi ola bilər? Mənim bu məsələdə fikrim qətidir. Görünür, ona görə Azərbaycan estradasında Teoman və Candan Erçetin kimi dərin səslərə rast gələ bilmirəm. Bir dinləyici olaraq müğənnilərimizin oxuduğu mahnılar mənə darıxdırıcı gəlir. Əyləncəli mahnıları isə bu gözə yazmayaq, əyləncəli mahnıdan da mahnıya fərq var. Sənətçi kitab üzü açırsa, kitabla dostluq edirsə, onun əyləncəsi də, lirik mahnıları da hansısa məna və dərinliklə müşahidə olunacaq. Amma bəsit adamın etdiyi hər iş də bəsit qalacaq. Mən düzgün yazı və səlis danışığın tərəfdarıyam. Bu işdə örnək Flora Kərimovadır. Adam heç kəsin oxumadığı, imza atmadığı sənət əsərlərini musiqi fondumuza buraxıb. Heç bir müğənninin də oxumayacağı kitabları oxuyub. Flora Kərimova kimi estradamızın sənətkarı varsa, biz gənc müğənnilər də örnək götürməlidir. Mən oxuduğum hər kitabla yeni-yeni mahnıların mövzusunu müəyyən edirəm, cəmiyyətdə işlənməmiş mövzuları pop musiqiyə gətirməyə çalışıram. Bu gün gözəl səsi olan müğənnilərə bir məsləhət vermək istəyirəm. Allah sizə gözəl səs verib. Düşünmürəm ki, mənim o qədər gözəl səsim var. Gözəl səsi, qulağı, gözəl işləyən səs telləri olan müğənnilərə səslənirəm, həm də kitab oxusanız, tarixdə qalacaqsınız”.

Könül
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLARƏlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR
Əlifbadan xəbərsiz məşhurlar: chay, həsit – SİYAHI, FOTOLAR