İlhamə Quliyevanın gəlinindən ərinin həbsiylə bağlı— İLK AÇIQLAMA
6-10-2018, 17:41
Oxunub: 3 880
"Orxanla iki gündür əlaqəmiz yoxdur. Polis tərəfindən saxlanıldığı, yaxud harasa getdiyi barədə məlumatsızam. Ona görə də dəqiq nəsə deməyə çətinlik çəkirəm”
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın gəlini Arifə Nadirova həyat yoldaşı Orxan Nadirovun həbsiylə bağlı yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.
Qeyd edək ki, Oxu.az-ın yaydığı xəbərdə O.Nadirovun dünən Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Xəbərdə qeyd edilir ki, Nadirov Bakı İstintaq Təcridxanasına köçürülüb.
İttihama görə, Orxan Nadirov işə düzəltmə adı ilə zərərçəkmiş şəxsin 69 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.
O.Nadirov ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər