Xatirə Tünzalə üçün pul yığdığına peşman oldu: Elə bildim dərman almağa pulu çatmır
8-10-2018, 17:56
Oxunub: 5 748
Müğənni Xatirə İslamın sosial şəbəkədə xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yazdığı şərh müzakirələrə səbəb olub.
Bolgexeber.com axsam.az-a istinadən xəbər verər ki, bir izləyicisi sənətçini aktrisaya maddi kömək etdiyi üçün qınayıb və bunları yazıb:
“Sizin səsinizə sözüm yoxdur, hər zaman var olun. Amma son zamanlar Tünzaləyə görə sizə qiymət verən böyük tamaşaçı kütləsini itirdiniz. Bundan sonra sizi dəyərli bildiyim müğənnilərin siyahısından silirəm”.
Onun bu sözlərini Xatirə cavabsız qoymayıb. Müğənni Tünzalənin pulu ipoteka krediti üçün yığmasından xəbərsiz olduğunu etiraf edib:
“Niyə sildiniz məni? Pulu yığıb, cibimə qoydum? Yoxsa özümə paltar aldım? Mən elə bildim dərman almağa, müalicə olub sağalmağa imkanı çatmır və bunu etdik. Mən hardan bilim ki, onun ev problemi var? Məni belə şeylərə qarışdırmayın”.
Xatirə daha sonra paylaşımına yazılan şərhləri bağlayıb və bu sözləri silib.
Qeyd edək ki, T.Əliyeva üçün Xatirə müğənnilərdən pul yığıb “Bizimləsən” verilişində aktrisaya təqdim edib. “Toppuş bacı” ləqəbli aktrisa evinin kirayə pulunu ödəyə bilmədiyi üçün aparıcı Zaur Baxşəliyevin verilişinə gəlib və kömək istəyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər