“Best Model”in qalmaqallı qalibi dəyişdirildi - FOTOLAR
4-12-2018, 13:53
Oxunub: 5 422
"Best Model of Azerbaijan” qalibi Aygül Səfərovanın birincilik titulu əlindən alınıb.
Unikal.org xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında yarışmanın milli direktoru Aqil Məmiyev bildirib. O, müsabiqənin prezidenti Erkan Özarmanla görüşdüyünü və yekun qərar verildiyini qeyd edib:
"Görüş ötən gün baş tutdu. Qaydalara əsasən, "Best model of Azerbaijan” qalibi növbəti beynəlxalq layihə olan "Best Model of World”da təmsil olunmalı idi. Aygül Səfərova isə bundan imtina etdi. Bununla da, titul ondan götürələrək Cəmilə Qoluboviçə təqdim ediləcək. Birincilik barədə rəsmi sənədlər Cəmilə xanımın adına veriləcək.
O, Azərbaycanı "Best Model of World”da təmsil edəcək. Lakin Aygül xanımdan tacı geri alınmayacaq, sadəcə olaraq onun birincilik status geri götürələcək. Düzdü, E. Özarman tacın da alınması barədə göstəriş verib. Lakin mən A. Səfərovaya qarşı belə addım atmaq istəmirəm. Fors-major hadisə olsaydı, xəstələnsəydi və başqa hadisələr başına gəlsəydi belə hal baş verməyəcəkdi”.
Qeyd edək ki, Aygül Səfərovanın birinciliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş, qalib tənqidlərə məruz qalmışdı.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər