İbrahim Tatlısəs reanimasiyadan çıxdı: "Superəm, super"
28-03-2011, 16:20
Oxunub: 7 717

Həkimlər sənətçinin həyati riskinin olmadığını bildiriblər
Silahlı hücum nəticəsində başından yaralanan türkiyəli müğənni İbrahim Tatlısəs reanmasiyadan çıxarılıb. Bolgexeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həkimlər müğənninin vəziyyəti ilə bağlı açıqlama veriblər və sənətçinin həyatı üçün risk qalmadığını bildiriblər.
Onların sözlərinə görə, antibiotik müalicəsi daha 2 həftə davam edəcək. Sənətçinin çox kiçik addımlarla gəzdirildiyi bildirilib.
Müğənni sevənlərinə mesaj göndərmək üçün Acıbadəm Sağlıq qrupuna açıqlama verib. Sənətçini yormamaq üçün ona bir neçə qısa sual verilib. Özünü necə hiss etməsi barədə suala Tatlısəs “Superəm, super” deyə cavab verib.
O, xəstəxananın tibb personalının çox yaxşı olduğunu deyib. Onu sevənlərin günlərdir xəstəxana önündə olduğunu, məktublar yazaraq, zəng edərək onun vəziyyəti ilə maraqlandığını eşidəndə isə duyğulanıb: “Sevənlərimin duasını gözləyirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər