"Afətə verilən maşının salonu da Nəsiminin dərisindəndir"
16-02-2019, 10:04
Oxunub: 5 646
"Heç bir qeyrətli Azərbaycan oğlu, xanımı bu mahnıya görə maşın verməz"
Meyxanaçı Ələkbər Yasamallı müğənni Afət Fərmanqızı ilə bağlı qalmaqallı açıqlama verib. Bolgexeber.com axşam.az-a istinadən bildirir ki, "Hər şey daxil" verilişinə qonaq olan ifaçı Afətin Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxumasını ələ salıb. "Nəsiminin dərisini soydular nəsə verən olmadı. Afət oxudu 240 minlik maşın verdilər. O maşının salonu da Nəsiminin dərisindəndir", - Ələkbər bildirib.
Proqramın aparıcısı Tarix Əliyev (Tolik) isə "Afətə maşın almayıblar. Gedib avtomobilə baxıb, pulu çatmayıb almağa. Dostu onun çatmayan məbləğini ödəyib. Heç bir qeyrətli Azərbaycan oğlu, xanımı bu mahnıya görə maşın verməz" deyərək, ifaçını müdafiə edib.
Afət isə bu haqda sosial şəbəkədə paylaşım edib. O, pulun ona mahnıya görə verildiyini qeyd edib: "Maşının çatmayan pulunu mahnıya görə mənə veriblər, əzizim Tolik. Şabaş kimi... Düşmənlərimin acığına verdilər. Maşın hamını gic edib".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər