“Burda mənim nə günahım?” - Rüfət Axundov
16-04-2019, 13:04
Oxunub: 5 763
"Hər səhər" proqramında yaşanan qalmaqaldan sonra müğənni Rüfət Axundov ilk dəfə efirə çıxıb.
Bolgexeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı əməkdar artist Rəşad İlyasovla birgə qeyri-etik ifadələr işlətdiyi üçün qonaq olduğu "Hər şey daxil” verilişində tamaşaçılardan üzr istəyib:
"Mən bir şeyi deyə bilərəm ki, xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Mənim mahnım səslənən zaman hadisə baş verib. Fonoqramın üstündə söz istifadə olunursa, burda mənim nə günahım? İndiyədək adım qalmaqallarda hallanmayıb. Həmin dövrdə məclisdə idim, özümü ələ ala bilmədim. Video açıqlama edib instaqramda paylaşdım. Səsimin üstünə səs gedirsə, bu birbaşa montaj sayılır. MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, üzr istəyirəm”.
Daha sonra canlı efirə Əməkdar artist Rəşad İlyasov bağlanıb. O da yaranan qalmaqala görə peşmançılığını dilə gətirib:
"İsti başda ağıl olmur. Dedim ki, zamana burax, özümə gəlim, sonra açıqlama yayım. Özümü tamaşaçının yerinə qoyuram, onlara haqq qazandırıram. Efirdə o variant deyil, sonradan köçürülüb, səslər aşılanıb, tembr dəyişdirilib və alt səslər qabardılıb. İstənilən halda bəraət qazandırmıram. O sözü qəlbimi qırsalar belə heç kəsə demərəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər