Cazibədar Deniz Meqan Foks - FOTOLAR
2-04-2013, 13:25
Oxunub: 25 869
O 6 may 1986-cı ildə Amerikanın Tennessi ştatında anadan olub. Artıq beş yaşında Meqan teatr və rəqs dərsləri almağa başlayıb. On yaşı olanda ailəsi Floridaya köçüb. 13 yaşında rəqs sahəsində qazandığı uğurlar Meqan Foksa həyatının seçimini etmək imkanı verdi.
1999-cu ildə ABŞ-ın Cənubi Karolina ştatında keçirilən "American Modeling and Talent Convention in Hilton Head" rəqs şousunda Meqan bir neçə mükafat qazanıb. Bundan sonra o, aktrisa karyerası etmək ümidilə Los-Ancelesə köçüb. Onun debütü 2001-ci ildə çəkilmiş "Günəşdə istirahət" filmində baş tutub. Sonra "Sənin nəyini sevirəm" serialındakı epizodik rol gəldi. 2004-cü ildə Meqan FoksHollivudda ikinci dərəcəli rollara çəkildi. O, əvvəlcə Lindsi Lohanla birlikdə "Etiraf" filmində, sonra isə yeniyetmələr üçün nəzərdə tutulan "TV kraliçası" dramı və "Modanın cinayətləri" filmində rol aldı. 2005-ci ildə aktrisa "FHM" dərgisinin üz qabığına çıxdı, növbəti ildə isə jurnalın versiyası ilə 2006-cı ilin 100 ən seksual qadını arasında 68-ci yeri tutdu. 2007-ci ildə çəkilişlər yenidən başladı. "Transformerlər" filmidə canlandırdığı Mikaela obrazı ona əsl şöhrət gətirdi. Həmin ilin iyul ayında "Maxim" dərgisinə verdiyi müsahibədə bəzi narkotik maddə növlərini qəbul etdiyini etiraf edən aktrisa, onlardan xoşlanmadığını bildirib. O, bütün Hollivudun narkotiklərə qurşandığını, özünün isə marixuananın leqallaşdırılmasının tərəfdarı olduğunu vurğulayıb. 2007-ci ildə "FHM" dərgisinin versiyası ilə Ancelina Coli, Steysi Fergüson (Ferci) və Skarlett Yohansson kimi rəqibləri qabaqlayan Meqan Foks dünyanın ən seksual qadını elan edilib. 2008-ci ildə isə "Maxim" jurnalı onu bu şərəfə layiq görüb. Meqan Foks tatuajı çox sevir. Bakirəliyi ilə 15 yaşında vidalaşan Meqan çılğın seks yaşadığı dostu Brayanın adını qarnının aşağı hissəsinin sağ tərəfinə döydürüb.
.jpg)




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər