Şəbnəm Tapdıq adını dəyişdi, elə bir ad seçdi ki... - AÇIQLAMA
5-07-2019, 16:01
Oxunub: 8 319
İllərdir adı ilə bağlı problemlər yaşayan Şəbnəm Tapdıq adını dəyişib.
Bolgexeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a Ş.Tapdıq özü məlumat verib.
Bildirib ki, bundan sonra onun adı İlk Şəbnəm olacaq:
"Mən 40 ildir ki, sənətdəyəm. Bu sənətə gələndə də Şəbnəm adı ilk məndə olub. Daha sonralar incəsənətdə Şəbnəm adı çoxaldı. Mən də onlardan fərqlənmək üçün adımı patentləşdirməyə qərar verdim. Yəni Şəbnəm adımı dəyişib İlk Şəbnəm qoydum. Bütün televiziya və radiolara rəsmi ərizə yazıb bildirdim ki, mənimlə bağlı hər hansısa bir məlumat və ya ifalarım səslənərsə, adımı İlk Şəbnəm Tapdıq söyləsinlər. Qoy, sənətdə olanlar Şəbnəm olsunlar, mən də İlk Şəbnəm olum”.
Qeyd edək ki, müğənni Şəbnəm Qəhrəmanova proqramların birində Ş.Tapdığın 102-yə zəng vuraraq, ondan şikayət etdiyini deyib. Onun iddiasına görə, Ş.Tapdığın bu addımı atmasına səbəb adı olub. Tapdıq Ş.Qəhrəmanovanın adını dəyişməsini tələb edib. Oxu.Az-a açıqlama verən Ş. Qəhrəmanova bir daha bu hal təkrarlansa, Şəbnəm Tapdığı məhkəməyə vərəcəyini deyib.
Məlumat üçün bildirək ki, müğənni Şəbnəm Tapdıq bu adı daşıyan həmkarlarının eyni isimdən yararlanmaqla konsertlər verməsinə etirazını bildirib. Hətta bununla bağlı Milli Televiziya və Radio Şurasının sədrinə məktub ünvanlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər