Rəqsanə dələduzluğa görə beynəlxalq axtarışa verilir
10-04-2013, 11:35
Oxunub: 7 327
Tanınmış müğənni, Goranboy rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Rəqsanə İsmayılova Bakının Suraxanı rayon Polis İdarəsi tərəfindən külli miqdarda dələduzluq əməlinə görə axtarışa verilib.
Bu gün isə onun MDB məkanında beynəlxalq axtarışa veriləcəyi gözlənilir. Məlumatı Vesti.az-a Suraxanı rayon Polis İdarəsindən veriblər.
Rəqsanə 5 epizod üzrə külli miqdarda dələduzluqda şübhəli bilinir.
Zərərçəkənlər arasında Heydər Əliyev beynəlxalq hava limanının əməkdaşı Babayeva Rəna Həbib qızı da var. Məlumata görə, Rəqsanə 2008-ci ilin martında bir neçə nəfərlə Moskvaya gedib. Lakin həmin vaxt müğənnin pulu olmayıb və Rəna Babayeva onlara öz hesabına bilet verib. Rəqsanə pulu qaytaracığına söz versə də, beş ildir borcunu ödəmir.
Qeyd edək ki, əgər müğənninin günahı sübuta yetirilsə onu 7 ildən 12 ilədək həbs gözləyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər